Quba Palace Hotel baş elektrik axtarır

İşəgötürən: Quba Palace Hotel
Vakansiya: Baş elektrik
Son tarix: 14 oktyabr 2022
Vəzifə öhdəlikləri:
-Cəmiyyətin enerji daşıyıcısı və elektrik enerjisinin fasiləsiz işini təmin etmək, enerji təsərrüfatının təmirini vaxtı-vaxtında həyata keçirmək;
-Müxtəlif güclü yarım stansiyaların, elektrik generatorlarının istismarı və texniki xidməti;
-Elektrik dövriyyəsinin hesablanması;
-Qəbul olunmuş qaydaları və əmsalları nəzərə alaraq layihələndirilmə işləri;
-Müvafiq dövlət strukturları ilə layihələrin razılaşdırılması və təsdiqi;
-Layihələrə əsasən quraşdırılacaq elektrik avadanlıqlarının, mal-materialların, qəbul olunmuş əmsalları nəzərə alınaraq, smetaların hesablanması;
-Elektrik quraşdırma üzrə texniki şərtlərin razılaşdırılması və təsdiqi;
-Elektrik-quraşdırma işlərinin tikintisinin Tikinti Norma və Qaydalarına uyğun təşkili və nəzarəti;
-Müəssisədə olan elektrik avadanlıqlarının texniki təhlükəsizlik qaydalarına uyğun istismarını təmin etmək.
Namizədə tələblər:
-Müvafiq sahə üzrə ali təhsil;
-Müvafiq sahə üzrə minimum 5 il təcrübə
-Enerji xidməti üzrə metodiki, normativ və digər aidiyyatı sənədlər üzrə biliklər;
-Enerji təsərrüfatının təşkili, onun texniki istismarının qaydaları və təmir aparılmasının texnologiyası üzrə biliklər;
-Enerji avadanlıqlarının istehsal gücü, texniki xarakteristikası, konstruktiv xüsusiyyəti, iş rejimi və onların istismar qaydaları üzrə biliklər;
-Yanacaq-enerji ehtiyatlarının sərfi normasının işlənməsi qaydaları üzrə biliklər;
-MS proqramları, AutoCad və s. mühəndis proqramlarını mükəmməl bilməli;
-Komandada işləmə, təşkilatçılıq, ünsiyyət və peşəkar münasibətlərin qurulması bacarıqları, təşkilatın missiyasına sadiqlik.
-Əlavə olaraq otel sahəsində müvafiq vəzifə üzrə calışmış namizədlərə üztünlük veriləcək.
Nəqliyyat və yataqxana ilə təmin olunma;
Azərbaycan Respublikası qanunvericiliyinə uyğun sənədləşmə;
Əmək haqqı: Qarşılıqlı razılaşma əsasında təyin olunacaq.
Vakansiyaya uyğun olan namizədlər CV-lərini göndərə bilərlər.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
- 2 saat, 15 dəq
-
1 gün, 1 saat, 15 dəq
AGRO – WEST DC LLC işə qəbul üzrə aparıcı mütəxəssis axtarır
- 1 gün, 1 saat, 17 dəq
- 1 gün, 1 saat, 19 dəq
-
1 gün, 1 saat, 21 dəq
Sinteks Group of Companies informasiya texnologiyaları üzrə Təcrübə Proqramı elan edib