Qrafik dizayner tələb olunur

İşəgötürən – Azmerika
Namizədə dair tələblər
Yaş 22-30;
Ali təhsil;
İngilis dili biliyi (texniki səviyyədə);
Vəzifə üzrə minimum 1 il iş təcrübəsi;
Yaradıcı və yenilikçi düşünmək bacarığı;
Müxtəlif funksiyalı komanda ilə işləmək bacarığı;
Operativ, məsuliyyətli və işə planlı yanaşan;
Təmkinlilik, etibarlılıq, özünəinam;
Son dizayn trendləri ilə işləmək;
Hazırladığı dizayn işlərinin texniki tələblərə uyğun olaraq çapa hazırlanması;
Avtomobil sahəsinə marağın olması arzuolunandır.
Əmək funksiyası:
Şirkətin verdiyi təlimat, göstəriş və məlumatlar əsasında dizayn işlərinin zamanında və yüksək keyfiyyətlə həyata keçirilməsini;
Sosial Media üçün kreativ, orijinal və yüksək keyfiyyətli kontent, digital postların (banner, story) hazırlanmasını;
Qrafik proqramlardan istifadə edərək dizayn fayllarının xüsusi effektlərlə hazırlanmasını təmin etməkdən ibarətdir.
İş qrafiki – həftənin 6 günü 09:00 – 18:00
Əmək haqqı 600-800AZN təşkil edir.
Uyğun namizədlərin öz CV-lərini “Qrafik dizayner” başlığı altında 01.08.2023-cü il tarixinədək [email protected] adresinə göndərmələri xahiş olunur.
Vakansiyalar
- 19 saat, 35 dəq
- 20 saat, 21 dəq
- 20 saat, 59 dəq
- 21 saat, 46 dəq
- 21 saat, 47 dəq