Qazanxana mütəxəssisi tələb olunur (Sumqayıt)

Mütəxəssis


İşəgötürən – “MURAD AQRO” MMC şirkəti

Vəzifə öhdəlikləri:

Qarşısına qoyulmuş plan və tapşırıqları vaxtında yerinə yetirməli.

İş prosesində istifadə olunan materialların vaxtında alınması üçün baş mühəndis və sahə rəisinə məlumat verməli və onlardan səmərəli istifadə olunmasına cavabdehlik daşımalı.

Operatorlar sahə rəisi və baş mühəndisdən müvafiq tapşırıqlar almalı və görülən işlər barədə məlumat verməli.

İstifadə etdiyi avadanlıqlar barədə məlumatlı olmalı və onlardan düzgün istifadə edilməsinə və saz saxlanmasına cavabdehlik daşımalı.

Kəsim sahəsinin qazanxana ilə əlaqəli standartları haqda məlumatlı olmalı.

Kritik kontrol nöqtələrini nəzarətdə saxlamalı.

Kritik kontrol nöqtələri aşağıdakılardır:

– qazanların daim saz vəziyyətdə olması;

– tullantıların vaxtında emal edilməsi üçün müvafiq dərəcədə buxarın verilməsi;

– isti suya və buxara nəzarət edilməsi;

– sahəyə istifadə üçün gələn isti suyun temperaturunun müəyyən edilən dərəcəni keçməməsi;

Daxili intizam qaydalarına riayət etməli.

Kritik kontrol nöqtələrini yoxlamalı bu və ya digər nöqsanlar varsa dərhal aradan qaldırmalı, əgər dərhal aradan qalxacaq problem deyilsə sahə rəisi və baş mühəndisə məlumat verməli.

Sexin avadanlıq və materiallara olan tələbatını işin sonunda sahə rəisinə və baş mühəndisə verməli və təmin edilməsini tələb etməli.

Müəyyən edilmiş dövrdə istehsalat sanitariyası, əməyin mühafizəsi, texniki təhlükəsizlik qaydaları və yanğından mühafizə tədbirlərinə əməl edilməsi barədə təlimatlardan keçməli, biliklərini artırmalı, onlara əməl etməli.

Öz sahəsinin təmiz saxlanmasını daim nəzarətdə saxlamalı və müvafiq təmizlik təlimatına əməl etməli.

Biz sizə təklif edirik:

Əmək məcəlləsinə uyğun sənədləşmə

İş qrafiki: Tam iş günü;

Nahar 13:00-14:00. 6 günlük iş rejimi.

Nahar və servis şirkət tərəfindən təmin olunur.

İş Sumqayit şəhərində yerləşir.

Əmək haqqı: namizədin təcrübəsinə uyğun müəyyənləşdirilir

Maraqlanan şəxslərdən CV-lərini e-mail adresinə [email protected] “Qazanxana mütəxəssisi” başlığı ilə göndərmələri xahiş olunur.


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]