Qafqaz Hotels & Resorts gecə meneceri axtarır

İşəgötürən: Qafqaz Hotels & Resorts
Vakansiya: Gecə meneceri
Son tarix: 23 iyul 2022
Vəzifə öhdəlikləri:
-Bütün qonaqların şikayət və sorğularına nəzakətlə və effektiv şəkildə cavab vermək, problemlərin qənaətbəxş şəkildə həll edilməsinə əmin olmaq;
-Növbə ərzində ictimai və qeyri-ictimai yerlərdə yoxlamaların aparılması;
-Qonaqların qeydiyyat və qeydiyyatdan çıxma prosesində mümkün ən yaxşı xidmətlərlə təmin edilmələrini şəxsən və müntəzəm olaraq yoxlamaq;
-Gecə növbəsi işçilərinə nəzarət: podratçılar, yükdaşıyanlar, xadimələr, nömrələrə xidmət göstərmə və onların fəaliyyətinin səmərəli idarə olunmasının təmin edilməsi;
-Növbənin dəyişdirilməsi zamanı həll edilmiş və ya edilməmiş problemlərin rəhbərliyə bildirilməsi;
-Günün sistem üzərindən tələb olunan qaydada bağlanışı prosesində iştirak etmək;
-Təyin edilmiş digər müvafiq vəzifə və öhdəliklərini yerinə yetirmək;
-Vəzifəsi ilə əlaqədar birbaşa rəhbərin verdiyi tapşırıqların icra olunmasını təmin etmək.
Tələb olunan bilik, bacarıq və təcrübə:
-Azərbaycan və İngilis dilində sərbəst danışıq
-Otel idarəetmə sistemi olan OPERA və FIDELIO biliklərinin olması vacibdir
-Müvafiq sahələrdə 1 il idarəedici səviyyədə iş təcrübəsi
-MS Office, Outlook (istifadəçi səviyyəsi), MS Excel
-Məsuliyyətli, diqqətli və ünsiyyətcil olmalı;
-Yüksək işgüzarlıq qabiliyyəti və kollektivlə işləmək bacarığı.
-Diqqətli, punktual, səbirli və məsuliyyətli olmalı
-Ünsiyyət qurma və izah etmə qabiliyyəti
Qeyd: İş yeri Qəbələ şəhərində yerləşir.
Maraqlanan namizədlərdən öz CV-ni Word və ya pdf formatında mövzu hissəsində İşin adı (Gecə meneceri) göstərilməklə göndərmələri xahiş olunur.
Yalnız tələblərə uyğun hesab edilən namizədlərlə əlaqə saxlanılacaq.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
-
2 saat
Tanınmış şirkətə “İnsan resursları üzrə menecer“ tələb olunur -1500 MANATADƏK MAAŞ
- 2 saat, 13 dəq
- 2 saat, 19 dəq
- 5 saat, 45 dəq
- 6 saat, 1 dəq