“Qablaşdırma məhsulları şirkətinə “Anbardar” tələb olunur

Anbardar


“Az-Pack” qablaşdırma məhsulları şirkəti “Anbardar” vakansiyası üzrə təcrübəli namizəd axtarışındadır.
İş barədə məlumat
– Yüklərin anbara qəbulu, saxlanılması və oradan təhvil verilməsini təmin etmək;
– Yüklərin qabaqcadan sifarişlər və istiqamətlər üzrə komplektləşdirilməsini təşkil etmək;
– Məhsulların çeşidlənməsi, sistemə işlənməsini təmin etmək;
– Məhsulların anbara qəbulu, saxlanması və təhvili zamanı təhlükəsiz, tam və müvafiq qablaşdırmada olmasına nəzarət etmək;
– Anbar əməliyyatlarına dair hər bir məlumatın sistemə daxil edilməsi, mal qalıqlarını dövri olaraq yoxlamaq;
– Aylıq stok sayımınında iştirak etmək , stokda olan çatışmazlıqları aşkarlamaq və birbaşa rəhbərinə hesabat vermək.
– İş qrafiki 6 gün;
– İstirahət günü bazar;
– Əmək haqqı 700-800 azn
Nahar şirkət tərəfindən verilir.
Ünvan: Keşlə qəsəbəsi.

Namizədə tələblər
– Ali təhsilli;
– İş təcrüəbəsi +1 il
– MS Excel, MS Wordvə xüsusilə 1C 8.2 proqramları ilə sərbəst işləmək bacarığı;
– Məsuliyyətlilik, işdə dəqiqlik;
– Şifahi və yazılı formada yüksək ünsiyyət bacarığı;
– Problemləri effektiv şəkildə həll etmək ;
– Xarici dil biliyi arzu olunandır.

Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Anbardar” qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]