“PMD”də iş imkanı

İşəgötürən – PMD Hospitality
Vəzifə – Rezervasiya üzrə nümayəndə
-Şöbə: Əməliyyatlar
-Tabeçilik: Otaq əməliyyatları üzrə qrup meneceri
-Ünvan: Neftçilər prospekti 153, PBT
-Vəzifə öhdəlikləri:
-Telefon, faks və e-poçt sorğularını operativ və peşəkar bir şəkildə cavablandırmaq və şirkət standartlarına uyğun olaraq təmin etmək;
-Müxtəlif qiymətlər haqqında dəqiq məlumata malik olmaq və bu qiymətləri düzgün tətbiq etmək;
-CRS sistemi vasitəsilə rezervasiyalarda dəyişikliklər etmək, rezervasiyaları ləğv etmək, təsdiq məktublarını e-poçt vasitəsi ilə göndərmək;
-Mövsümi və statistik tendensiyaları anlamaq və maksimum doluluq və qiymət siyasətinə uyğun olaraq sorğuları cavablandırmaq;
-Mehmanxana və ümumilikdə şirkətin təsis və xidmətləri haqqında qonaqlara düzgün informasiya verə bilmək;
-Gəliri maksimuma çatdırmaq üçün qonaqlarla əlaqələr qurmaq, həmin əlaqələri inkişaf etdirmək;
-Müştəri məmnuniyyətini mütəmadi olaraq izləmək və gələcək işini təmin etmək üçün mürəkkəb -problemləri həll etmək;
-Mehmanxanada və mehmanxananın olduğu ərazidə təşkil edilən tədbirlər barədə məlumata malik olmaq.
Namizədə tələblər:
-Bakalavr dərəcəsi, (qonaqpərvərlik sahəsində ixtisas dərəcəsi olan namizədə üstünlük veriləcəkdir);
-Azərbaycan və Rus dilində səlis danışmaq; İngilis dili arzu olunandır;
-Daha əvvəl eyni sahədə təcrübə; Ön büro təcrübəsi arzu olunandır;
-Bir neçə tapşırığı eyni zamanda təhlil etmək və idarə etmək bacarığı;
-Yaxşı yazılı və şifahi ünsiyyətə malik olmaq;
-Ofis proqramlarında işləmək bacarığı və Opera PMS-də təcrübənin olması;
İşçinin təminatları:
-Dünyanın məşhur hotel brendlərində təcrübə qazanmış peşəkar kollektivdə iş imkanı;
-PMD Hospitality MMC-nin tabeliyində olan çoxsaylı hotellərdə və SPA mərkəzlərində maksimal endirim imkanı;
-PMD Hospitality MMC-nin tabeliyində olan müxtəlif müəssisələrdə karyera davamı imkanı;
-Təlim və inkişaf proqramlarında iştirak imkanları;
E-mail adresinə [email protected] CV göndərərkən, mövzu yerində müraciət etdiyiniz vəzifənin adını qeyd edin. Yalnız vəzifə adı qeyd olunan CV-lərə daha çox üstünlük veriləcəkdir.
Elanın bitmə tarixi – 01.12.22
Vakansiyalar
- 1 ay, 3 həftə, 2 gün, 16 saat, 38 dəq
-
2 ay, 4 gün, 12 saat, 9 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 2 ay, 1 həftə, 1 gün, 20 saat, 7 dəq
- 2 ay, 1 həftə, 5 gün, 19 saat, 57 dəq
- 2 ay, 1 həftə, 5 gün, 20 saat