“PMD Projects” şirkəti “Kommersiya üzrə rəhbər” vakansiyasını elan edib
PMD Projects MMC “Kommersiya üzrə rəhbər” (Commercial team leader) vakansiyasını elan edir.
Vəzifə öhdəlikləri:
– Layihələrin ehtimal büdcə (estimate budget) və xərc planlarının (cost plans) hazırlanması prosesinin təşkili və idarə olunması;
– Layihələrin iş qrafikinin hazırlanmasının və nəzarətinin təşkili;
– Layihələndirmə və tikinti mərhələlərində dəyərin idarə olunması (value management);
– Layihələrin bütün mərhələlərində dəyişikliklərə nəzarət;
– Layihələndirmə və tikinti mərhələlərində zərurət yarandığı zaman mühəndis optimallaşdırması prosesini təşkil etmək (Value engineering);
– Layihələrin strategiyasına uyğun olaraq, tender və satınalma paketinin hazırlanması prosesinin təşkili və prosesin icrasına cavabdeh olmaq;
– Müqavilələrin hazırlanması prosesinə imzaya qədər nəzarət və idarə etmək;
– Müqavilələrin imza prosesindən sonra icrasının nəzarətini təmin etmək (Contract Administration);
– Müqavilələrin ödəniş cədvəlinə nəzarət və idarə etmək;
– İmzalanmış müqavilələrin dəyişikliklərinin idarə olunması (post-contract stage change management and control);
– Layihələrin maliyyə axınları hesabatlarının hazırlanması prosesinə nəzarət və idarə etmək (Initial Cash flows Management);
– İddiaların (tələblərin) təhlili, əsas səbəblərinin araşdırılması və hesabatların rəhbərliyə təqdim edilməsi;
– Layihələrin Aralıq hesabatlarının hazırlanması (Interim Cost Reports);
– Layihələrin qazanılmış dəyərinin periodik təhlilini aparmaq (Earned Value Analysis);
– Layihə çərçivəsində podratçıların müqavilə üzrə ilkin və yekun təhvil-təslim prosesini təşkil etmək (Practical & Final Completion Certificates);
– Layihələrin kommersiya tərəfindən uğurlu olmasını təmin etmək;
– Layihələr üzrə Yekun Xərc və Qənaət Hesabatını hazır etmək və Layihə müdirinə təqdim etmək
Tələblər:
-Ali təhsil: Müvafiq ixtisas üzrə ali təhsil
-İş təcrübəsi : Mülki tikinti sahəsində, oxşar vəzifədə azı 4 il iş təcrübəsi
-Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis dili– yaxşı
-Kompüter bacarıqları: MS Office, AutoCAD
Maraqlanan şəxslərdən CV – lərini vəzifə adı göstərilməklə [email protected] ünvanına göndərmələri xahiş olunur.
Vakansiyalar
-
2 ay, 2 həftə, 4 gün, 11 saat, 41 dəq
Böyük marketlər şəbəkəsi iş təcrübəsi və təhsili olmayanları işə dəvət edir
- 6 ay, 3 həftə, 12 saat, 36 dəq
- 7 ay, 3 həftə, 14 saat, 29 dəq
- 10 ay, 3 həftə, 5 gün, 9 saat, 14 dəq
-
11 ay, 1 həftə, 4 saat, 45 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır