Planlama və logistika üzrə mütəxəssis axtarılır

Mütəxəssis

mutəxəssis 4


İşəgötürən – Unitrade Group MMC

Vəzifə öhdəlikləri:

Distribyutorlarla sifarişlərin təsdiqində iştirak etmək;

Partnyorlarla görüşlərin planlanması/iştirakı;

Aylıq satış məlumatlarını proqnozlara uyğun olaraq nəzərdən keçirir və proqnozlaşdırmaq üçün sənədləşdirir;

Məhsulların inventar səviyyəsini və məhsulun mövcudluğunu mütəmadi olaraq nəzərdən keçirmək, həm cari həm gələcək  ehtiyatlara nəzarət, brendin likvidliyinin və stok ehtiyatlarının təhlili;

Həm məhsulun çatışmamazlığı, həm də artıq olması halında prioritetlərə və zəruriliyinə nəzarət;

Sifarişlərin cədvələ uyğun olaraq formalaşdırılması;

Aylıq stokun yoxlanılması, anbar analizi;

Satış sürəti zəif olan məhsulları müəyyən edilməsi;

Yeni alışların təsdiq olunması üçün laboratoriyaya hər hansı malın bir neçə nümunəsinin təqdim edilməsi;

Barkodlara nəzarət;

Satış məlumatlarının təhlili, trendin müəyyən edilməsi, tədarükün sürətləndirilməsi, üçün qərarların qəbul edilməsi;

Sifariş vermək və digər istehsalçıların istehsal və təchizat prosesini əlaqələndirmək;

Proqnoz və inventar qiymətləndirmələri barədə rəhbərliyə məlumat vermək;

Satış proqnozlarında, büdcələrdə və biznes strategiyalarında baş verən mühüm dəyişiklikləri izləmək və hesabat vermək;

Beynəlxalq yük daşınmalarını təmin etmək;

Logistik sxemlərin tətbiqi, logistik sxemlərin optimallaşdırılması;

Nəqliyyatın planlaşdırılması, sifarişi və dəyərinin hesablanması, brokerlər və gömrük orqanları ilə əməkdaşlıq;

Tələblər:

Ali təhsil;

Planlama və Logistika sahəsində 3-5 il iş təcrübəsi;

Distribusiya sahəsində təcrübə mütləqdir

Azərbaycan dilini səlis, İngilis dili yüksək səviyyədə;

Microsoft Office (Outlook, MS Excel, World) – yaxşı səviyyədə;

Analiz, problemlərin həlli və qərarvermə;

Dəqiqlik və təfsilatlara yönümlülük;

İnkişafa yönümlülük;

Əlavə məlumat:

5 günlük iş qrafiki

Əmək haqqı: (müsahibə nəticəsində müəyyən olunur)

İş yeri: Bakı şəhəri; Koroğlu m. Anbarım

İş saatı: 09:00-18:00;

Zəhmət olmasa CV– nizi    [email protected]  elektron poçt ünvanına “Planlama və logistika üzrə mütəxəssis” göndərin. 

Əlaqə yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlərlə aparılacaq.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]