Pizza Mizza audit və videomonitorinq üzrə operator axtarır

İşəgötürən: Pizza Mizza
Vakansiya: Audit və videomonitorinq üzrə operator
Son tarix: 01 oktyabr 2022
Vakansiya ilə bağlı son müraciət tarixi 30 sentyabr 2022-ci il tarixidir.
Tələblər:
-Ali təhsil
-Müvafiq sahədə minimum 1-3 il təcrübə
-Dil bilikləri: Azərbaycan və Rus dili
-Yaş 20-35
-Detallara diqqətli
-Ofis proqramlarının biliyi
-Komandada işləmək bacarığı
-Stresə davamlı, gülərüz, punktual, məsuliyyətli
Vəzifələr:
-Şirkətin monitorinq/audit və müştəri məmnuniyyəti üzrə standartlarının təkmilləşdirilməsinə dəstək verir,
-Restoranların gündəlik fəaliyyətinə kameralar vasitəsi ilə nəzarət edir,
-Restoranlarda qida təhlükəsizliyi və təmizlik standartlarına riayət olunmasına nəzarət edir,
-Bütün restoranların salonlarına, mətbəxinə, kassalarına, istehsalata kameralar vasitəsi ilə nəzarət edir, videomonitorinqini həyata keçirir,
-Müştərilərə xidmət prosesində işçilər tərəfindən şirkət qaydalarının pozulması hallarını aşkarlayır və pozuntu anlarının video çəkilişlərini müvafiq olaraq təqdim edir,
-Müştərilərə zəng etmək (geri zəng etmək) və zəng mərkəzi operatorlarının müştərilərlə dialoqlarını dinləyir, sifariş ilə bağlı müştəri şikayətlərinin səbəblərini müəyyən edir, (çatdırılmanın məzmunu müştərinin sifarişinə uyğundurmu, məhsul keyfiyyətsizdirmi və s.)
-Mətbəxdə işçilər tərəfindən sanitar normaların pozulması hallarını izləyir,
-Lazım gəldikdə restoranlara monitorinq səfərlər edir,
-Bütün işçi heyəti tərəfindən daxili qaydalarının pozulması hallarını izləyir, lazım gəldikdə kamera qeydlərini edərək müvafiq məlumatı təqdim edir.
-Müştəri məmnuniyyətinin yüksək səviyyədə icrasını təmin edir.
İş şəraiti:
-İş saatları-8 saat
-6 günlük iş rejimi
-Əmək qanunvericiliyinə uyğun iş şərtləri
-Əmək haqqı müsahibə zamanı müəyyənləşdiriləcək
Maraqlananlar CV-lərini “Audit və videomonitorinq üzrə operator” başlığı altında [email protected] elektron ünvanına göndərə bilərlər.
Vakansiyalar
- 1 gün, 23 saat, 12 dəq
- 1 gün, 23 saat, 14 dəq
- 1 gün, 23 saat, 16 dəq
- 1 gün, 23 saat, 19 dəq
- 1 gün, 23 saat, 23 dəq