PASHA Life proqramlaşdırma və dəstək bölməsinin mütəxəssisi axtarır – proqramçı

İşəgötürən: PASHA Life
Vakansiya: Proqramlaşdırma və dəstək bölməsinin mütəxəssisi – proqramçı
Son tarix: 21 iyul 2022
Struktur bölmə: İnformasiya texnologiyaları departamenti,Proqramlaşdırma və dəstək bölməsi
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Tələb olunan işçi sayı: 1 (bir)
İş saatları (iş rejimi): 09:00 – 18:00
Son müraciət tarixi: 30 iyun 2022.
Vəzifə Öhdəlikləri:
-Proqram təminatı bölməsi üzrə təhkim edilmiş Komanda ilə birlikdə işləmək;
-Proqram kodlarının hazırlanması
-Unit Test Modulların hazırlanması,
-Texniki Test mərhələlərinin aparılması
-Proqram təminatının hazırlanması üçün tapşırıqları izləmək,
-Gündəlik Komanda görüşlərində iştirak etmək, təlimatlar üzrə nəzərdə tutulan işlərin həyata keçirmək və nəzarət etmək
-Biznesə dəstək məqsədi ilə məhsullar üzrə verilmiş texniki tapşırıqların analiz olunması və öncədən görülə biləcək problemləri aşkar etmək
-Nəzərdə tutulan Yeni informasiya texnologiyalarının və proqram təminatının təkmilləşdirilməsini həyata keçirmək və şirkətin iş fəaliyyətində onların tətbiq edilməsini həyata keçirmək;
-Şirkətin, PO və Birbaşa rəhbərlərin sifarişlərini vaxtında və lazımi səviyyədə icra etmək;
-Biznesə dəstək məqsədi ilə məhsullar üzrə verilmiş texniki tapşırıqların analiz olunması və avtomatlaşdırılmasını idarə etmək;
-Daxili proseslərin analiz olunması və avtomatlaşdırılmış hesabat sisteminin qurulmasını idarə etmək;
-Web & Win servisləri hazırlamaq;
-Yeni yazılmış prosedur və funksiyaları test etmək;
-Proqramçı olaraq şirkətin İT strategiyasına və tələblərinə uyğun proqram təminatlarından istifadə etmək və standartlar daxilində BackEnd proqramlaşdırma üzrə taskların yerinə yetirilməsini təmin etmək
Namizədə olan tələblər:
İş təcrübəsi: İnformasiya texnologiyaları üzrə 1 il iş təcrübəsi tələb olunur.
Təhsili/ixtisası: İnformasiya Texnologiyaları, Riyaziyyat və ya Kibernetika ixtisaslar üzrə bakalavr dərəcəsi
Dil bilikləri: Azərbaycan dili:əla , İngilis dili:orta
Üstünlüklər: Microservis Arxitekturasında və digər proqramlaşdırma dillərində işləmə bacarığı üstünlükdür
Kompüter bilikləri: C#:əla , ASP.Net Core Web API:əla , ASP.Net Core MVC:orta , MSSQL(T-SQL):orta
Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və geniş perspektiv, dəyişikliklərə uyğunlaşma
İmtiyazlar: Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
CV-nin göndərilməsi üçün link
Vakansiyalar
- 2 gün, 15 saat, 4 dəq
- 2 gün, 20 saat, 45 dəq
- 2 gün, 20 saat, 49 dəq
- 2 gün, 20 saat, 55 dəq
- 3 gün, 20 saat, 11 dəq