PASHA Bank kreditlərə nəzarət departamentində mütəxəssis axtarır

İşəgötürən: PASHA Bank
Vakansiya: Kreditlərə Nəzarət Departamentində Mütəxəssis
Son tarix: 01 iyun 2022
Bizimlə Siz əldə edəcəksiniz:
-Maliyyə sabitliyi: Rəqabətli əmək haqqı
-Sağlamlığınıza qayğı: Ailə sığortası və idman xərclərinizin ödənilməsi
-Endirimlər platformasına çıxış: Partnyor məkanlarda endirimlərdən faydalanma imkanı
-Bilik və bacarıqların inkişafı: Mütərəqqi təlim imkanlarından yararlanma şansı
-Rahatlıq: Sərbəst geyim üslubu (rəsmi tədbirlər istisna)
İşiniz nədən ibarətdir?
-Monitorinq keyfiyyətinə nail olmaqla müştəri və onun zamininin kredit tarixçəsinin analizi və müqayisəsi;
-Bankın rəhbərliyi və digər şöbələrə çatdırılması üçün maliyyə vəziyyəti barədə məlumatın və hesabatların yığılması;
-“Nəzarət siyahısı” kateqoriyalarına düşən müştərilərin analizi və izlənilməsi;
-Müştəri ilə problem aşkarlanmadan əvvəl təbdirlər planının yerinə yetirilməsinə nəzarət;
-Riskin azaldılması məqsədilə planların hazırlanması.
Sizdən nə tələb olunur?
-Təhsil: Maliyyə, İqtisadiyyat və ya digər müvafiq sahədə Bakalavr/Magistr təhsili
-İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 3 il
-Lisenziya / Sertifikat: ACCA Papers F3, F7, Finance Modeling
-Xarici dil: İngilis dili (səlis), Rus dili (arzuolunan)
-Kompüter bacarıqları: Microsoft Office
-Digər: Maliyyə hesabatı anlayışı, güclu ünsiyyət, təqdimat və münaqişəni həlletmə bacarığı
Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi 31.05.2022-ci il tarixinədək başlıqda “Kreditlərə Nəzarət departamentində Mütəxəssis”” qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
- 1 ay, 1 həftə, 6 gün, 23 saat, 58 dəq
-
1 ay, 3 həftə, 4 gün, 19 saat, 29 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 1 ay, 4 həftə, 2 gün, 3 saat, 27 dəq
- 2 ay, 3 gün, 3 saat, 17 dəq
- 2 ay, 3 gün, 3 saat, 20 dəq