PASHA Bank hesablaşmalar üzrə kiçik mütəxəssis axtarır

İşəgötürən: PASHA Bank
Vakansiya: Hesablaşmalar üzrə Kiçik Mütəxəssis
Son tarix: 01 iyul 2022
İşiniz nədən ibarətdir?
-Mərkəzləşdirilmiş arxa ofis kimi müştəri məmnunluğu və loyallığına nail olunması;
-Əməliyyat fəaliyyətləri zamanı əlavə xərclərin qarşısını almaq üçün daxili və xarici müştərilərə yüksək səviyyədə xidmət göstərilməsi;
-Bütün nağdsız əməliyyatların səmərəli, şəffaf və dəqiq icra edilməsi;
-Müvafiq daxili və xarici qayda və prosedurlara uyğun olaraq müştəri əməliyyatları zamanı daxili və xarici müştərilərə dəstəyin göstərilməsi;
-Daxili və xarici müştəri ilə müsbət münasibətlərin saxlanılması və onların tam məmnunluğu və gözləntiləri üçün peşəkar məsləhətlərin verilməsi;
-Müştəri ödənişlərinin daxili proseslərə, ÇPY və TM siyasətinə, qanunvericiliyin tələbinə uyğunluğunun yoxlanılması;
-Müştəri məlumatının düzgün və yetərli olmasının yoxlanılması, növbəti icra ilə əlaqədar sənədlərin hazırlanması və tələblərin bank sistemində icra edilməsi;
-Tənzimləyici orqanların tələbinə əsasən məlumatların vaxtlı-vaxtında müvafiq sistemlərdə qeydiyyatının aparılması;
-Müştəri hesabatları da daxil olmaqla müvafiq sənəd dövriyyəsinin təmin edilməsi;
-ƏD proseduruna uyğun olaraq nağdsız əməliyyatlar şöbəsinin funksiyasının bir hissəsi kimi digər struktur bölmələrinə məlumat dəstəyinin göstərilməsi;
-Əməliyyatların icrasında ÇPY və TM üzrə şübhəli hallar aşkar edildikdə, Hüquq və Komplayns departamentinə məlumatların ötürülməsi və müvafiq tədbirlərin həyata keçirilməsi;
-Banklardan ödənişlərlə bağlı daxil olan sorğuların icra edilməsi, iddiaların səbəbinin araşdırılması, müştərinin vaxtında məlumatlandırılması və aşkar edilmiş problemlərin aradan qaldırılması üçün həll yollarının axtarılması;
-Müştəri ödənişlərinə dair müxbir banklar tərəfindən daxil olan komplayns sorğularına cavabın hazırlanması üçün məlumatın toplanması və cavablandırılması üçün əlaqəli struktur bölməsinə dəstəyin göstərilməsi;
-Şöbələr arasında təsdiq edilmiş XSM-nə uyğun olaraq, müştəri sorğuları ilə əlaqədar daxili və xarici müştərilərdən gələn tələblərin vaxtında cavablandırılması və icrası;
-Müştəridən daxil olan şikayətlərin idarəolunmasına dəstək, problemlərin müəyyənləşdirilməsi və prosedurların yoxlanılması, müştəri məmnunluğunu təmin etmək üçün müştəri ilə bağlı hər hansı problemli situasiyaların həll yollarının araşdırılması;
-Müştəri məlumatı ilə əlaqədar müvafiq hesabatların hazırlanmasında digər struktur bölmələrinə müştəri məlumatlarının təqdim edilməsində dəstək;
-Funksional sahə ilə əlaqədar prosedurların optimallaşdırılmasında iştirak;
-Əməliyyat gününün sonunda bütün əməliyyatların vaxtlı-vaxtında və dəqiq icrasını təmin etmək üçün müvafiq tranzit hesabların yoxlanılması və uyğunsuzluq aşkar edildikdə aradan qaldırılması üçün tədbirlərin görülməsi;
-Müştəri ödənişlərinin müxbir münasibətlərdə effektiv idarəedilməsi prosesinə dəstəyin göstərilməsi.
Sizdən nə tələb olunur?
-Təhsil: İqtisadiyyat və ya müvafiq sahədə üzrə Bakalavr təhsili
-İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 0-1 il
-Xarici dillər: orta səviyyədə İngilis dili (orta səviyyə) və Rus dili (orta səviyyə)
-Kompüter bilikləri: Microsoft Office
-Məhsul üzrə biliklər: Daxili siyasət, proseduralar və məhsul barədə məlumatlılıq
-Müvafiq qanunvericilik bilikləri
-Xəzinədarlıq
-Qeyri-kredit bankçılıq xidmətləri
-Fərdi bankçılıq məhsulları
-Ödəniş sistemləri sahəsində təcrübə
-Digər: İnnovativ düşünmə, hesabat hazırlama, güclü ünsiyyət, münaqişələrin həlli bacarığı
Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi [email protected] e-mail ünvanına başlıqda “Hesablaşmalar üzrə Kiçik Mütəxəssis” qeyd edərək göndərməyiniz xahiş olunur.
Vakansiyalar
- 2 gün, 6 saat, 15 dəq
- 2 gün, 6 saat, 18 dəq
- 2 gün, 23 saat, 33 dəq
- 3 gün, 15 dəq
- 3 gün, 17 dəq