PASHA Bank baş müştəri meneceri axtarır

İşəgötürən: PASHA Bank
Vakansiya: Baş Müştəri Meneceri
Son tarix: 01 iyul 2022
İşiniz nədən ibarətdir?
-Yerli və beynəlxalq maliyyə institutları ilə əlaqələrin idarəedilməsi və beynəlxalq reytinq agentlikləri ilə koordinasiyası;
-Sindikatlar, ticarətin maliyyələşdirilməsi, ödənişlər və kredit xətti üzrə işin təşkili;
-Bütün bankdaxili və xarici müştəri sorğularının icrası, sorğuların bankdaxili koordinasiyası və ehtiyaca uyğunlaşdırılmış həll yollarının təmin edilməsi;
-Nostro hesabların açılması və effektiv idarəedilməsi;
-Pul bazarı və sabit gəlir sövdələşmələrinin koordinasiyası;
-Bank üçün əlverişli tranzaksiyaların aparılması məqsədilə yerli və beynəlxalq FX və pul bazarı tərəfdaşlarının axtarılması;
-Fövqəladə hal zamanı əlaqələrin yaradılması üçün regionlarda bütün bankların və maliyyə institutlarının və ya yerli nümayəndəliklərin, regional nümayəndəliklərin əlaqə məlumatlarının saxlanılması və yenilənməsi;
-Maliyyə risklərinin bankın risk iştahasına, riskin idarəedilməsi siyasət və prosedurlarına uyğun idarəsinin təmin edilməsi;
-Bankın siyasət və prosedurlarına uyğun şəkildə xarici və yerli maliyyə təşkilatları ilə xarici valyuta mübadiləsini həyata keçirməklə bankın valyuta mövqeyinin Azərbaycan Respublikası Mərkəzi Bankının qaydalarına uyğun idarəsi;
-Gündəlik və ya aylıq hesabatların tərtib edilməsi;
-Texniki koordinasiya və kiçik mütəxəssislərin inkişafı və işinə nəzarətin və dəstəyin təmin edilməsi;
-İcra strategiyaları və qərarlarının təhlili və təkmilləşdirilməsi.
Sizdən nə tələb olunur?
-Təhsil: Maliyyə, İqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili
-İş təcrübəsi: Xəzinədarlıq və ya oxşar sahə üzrə minimum 4 il
-Xarici dil: İngilis və Rus
-Lisenziya/ Sertifikat: CFA və DipIFR üzrə sertifikatlar
-Kompüter bilikləri: Microsoft Office
Digər:
-Xarici və yerli kapital bazarı anlayışı
-Xarici və yerli pul bazarı anlayışı
-Xarici və yerli FX bazarı anlayışı
-Xarici və yerli QK bazarı anlayışı
-Xəzinədarlıq məhsullarının anlayışı
-Xarici və yerli törəmə məhsullarının anlayışı
-Ümumi maliyyə bilikləri
-Bütün bank məhsulları haqqında biliklər
Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi başlıqda “Baş Müştəri Meneceri” qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
- 2 gün, 17 saat, 44 dəq
- 2 gün, 17 saat, 46 dəq
- 2 gün, 17 saat, 48 dəq
- 2 gün, 17 saat, 50 dəq
- 2 gün, 17 saat, 52 dəq