“PAŞA Bank”da mükəmməl bir iş təklifi almaq istəyənlər üçün əla xəbər

Mütəxəssis


“PAŞA Bank” bildirir ki, gələn ay “Product School by PASHA Bank” adlı yeni layihəyə start verəcək.

Layihə Azərbaycanın ən böyük özəl kommersiya bankında məhsul sahibi vəzifəsinə iş təklifi almaq imkanı yaradacaq.

İki həftə davam edəcək təlim proqramı çərçivəsində iştirakçılar bazar mütəxəssislərinin rəhbərliyi altında məhsul sahibinin işi ilə bağlı bütün əsas mərhələlərdən keçəcəklər. Təlimin sonunda iştirakçılara “PAŞA Bank”ın ekspertləri qarşısında xüsusi sessiyada özlərini sübut etmək və Bankda işləmək üçün iş təklifi almaq imkanı veriləcək.

Proqram ödənişsizdir, lakin iştirak hüququnu yalnız seçim mərhələsindən uğurla keçən şəxslər qazanacaq.

Beləliklə, sizi xəyal etdiyiniz təklifdən yalnız 3 sadə addım ayırır:

-seçim mərhələsindən keçin,

-təlim proqramını tamamlayın,

-buraxılış sessiyasında özünüzü sübut edin.

Proqram haqqında ətraflı məlumat almaq və seçim meyarları ilə tanış olmaq üçün CV-nizi və motivasiya məktubunuzu [email protected]z ünvanına göndərin. Müraciət üçün son tarix: 18.02.2022-ci il.

“PAŞA Bank”da məhsul sahibi vəzifəsinə iş təklifi alacaq 10 nəfərdən biri siz olun!

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]