Pambıq istehsalıçısına sürücü tələb olunur
İşəgötürən – MKT İstehsalat Kommersiya MMC
Vəzifə – Sürücü
Şəhər- Bakı
Yaş- 25 – 55 yaş
Təhsil –
İş təcrübəsi- 3 ildən 5 ilə qədər
Elanın bitmə tarixi – Dekabr 10, 2022
Əlaqədar şəxs- Aidə Həbibova
E-mail- [email protected]
Vakansiyanın adını qeyd edərək e-mail adresinə göndərə bilərsiniz
İş barədə məlumat
– Rəhbərliyin göstərişi ilə avtonəqliyyat vasitəsinin fasiləsiz, qəzasız, yüksək səmərəli işini, düzgün texniki istismarını həyata keçirməklə göstərilən tarixlərdə və istiqamətlərə sürmək
– Cəmiyyətə aid avtonəqliyyat vasitələrinin gündəlik işə hazırlanmasını, onun ayrı-ayrı hissə və qovşaqlarının baxışını həyata keçirmək nasazlıqların vaxtında aradan qaldırılması üçün yoxlamalar keçirmək, aşkar olunmuş nasazlıqları vaxtında bilavasitə aradan qaldırmaq və ya aradan qaldırılmasını təmin etmək
– Həmçinin avtonəqliyyat vasitəsinin cari və profilaktik təmirinin, istismar şərtləri ilə nəzərdə tutulmuş texniki baxışlarının keçirilməsini təmin etmək
– İstifadə etdiyi avtonəqliyyat vasitəsinin təmiri üzrə işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə bilavasitə nəzarət etmək
– Əsaslı və/və ya cari təmirdən/profilaktik işlərdən çıxmış avtonəqliyyat vasitəsinin qəbulunda bilavasitə iştirak etmək
– Cəmiyyətin balansında olan və ona həvalə edilən avtonəqliyyat vasitələri üçün ehtiyat hissələrinin alınmasına sifarişlər, təmir işləri ilə əlaqədar texniki sənədləri, iş haqqında hesabatları tərtib etmək
– Avtonəqliyyat vasitəsinin zəruri ehtiyat hissələri ilə vaxtında təmin olunmasına nail olmaq
– Avtonəqliyyat vasitəsinin sıradan çıxdığı hallarda müvafiq aktların, digər sənədlərin tərtibatında və imzalanmasında iştirak etmək
Əlavə məlumat:
– Əmək haqqı razılaşma əsasında
– İş qrafiki: Bazar ertəsi-Cümə (09:30-dan -18:30-dək)
– İş yeri: Baki şəhəri, Qafqaz Business Center
Namizədə tələblər – Xidmət edilən avtomobillərin təyinatı, quruluşu və işləmə prinsipini, avtomobillərin yol hərəkəti və texniki istismarı qaydasını, hərəkətin təhlükəsizliyinin əsaslarını bilməlidir
– Avtomobilin istismarı prosesində üzə çıxan nasazlıqların əlamətlərini, səbəblərini və təhlükəli nəticələrini, onların aşkar edilib düzəldilməsi üsullarını müəyyən etməlidir
– Fiziki cəhətdən sağlam olmalı
Telefon
(012) 497-13-04
Vakansiyalar
-
2 ay, 2 həftə, 2 gün, 13 saat, 40 dəq
Böyük marketlər şəbəkəsi iş təcrübəsi və təhsili olmayanları işə dəvət edir
- 6 ay, 2 həftə, 5 gün, 14 saat, 35 dəq
- 7 ay, 2 həftə, 5 gün, 16 saat, 28 dəq
- 10 ay, 3 həftə, 3 gün, 11 saat, 13 dəq
-
11 ay, 5 gün, 6 saat, 44 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır