Öyrənməyə həvəsli, komandada işləmək bacarığı olan “Təcrübəçi-hüquqşünas” axtarılır

Hüquqşünas


“ACON” MMC hüquq sahəsində praktiki biliklərini və vərdişlərini artırmaqda maraqlı olan, öyrənməyə həvəsli, komandada işləmək bacarığı olan gənclər üçün “Təcrübəçi-hüquqşünas” vakansiyası elan edir.

İş rejimi:

5 günlük iş qrafiki (Part-time: 14:00-18:00)

Namizədə dair tələblər:

– Hüquqşünaslıq ixtisası üzrə ali təhsil (3 və 4-cü kurslarda təhsil alanlar da müraciət edə bilərlər);

– Azərbaycan və rus dillərində yüksək səviyyədə danışıq və yazı bacarıqları (ingilis dili biliyi üstünlükdür);

– Ünsiyyət qurma və komandada işləmək bacarığı;

– MS Office proqramlarından sərbəst şəkildə istifadə edə bilmək (əsasən, MS Excel və MS Word);

Vəzifə və öhdəliklər:

– Müqavilələrin hazırlanması;

– Hüquqi sənədlərin tərtib edilməsi;

– Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması;

– Sorğu, apellyasiya və kassasiya şikayətlərinin hazırlanması.

Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə, CV-nizi [email protected] elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində “Təcrübəçi-hüquqşünas” qeyd etməyiniz xahiş olunur.

ACON öz müştərilərinə Biznes və İnvestisiya Məsləhətçiliyi, habelə Hüquq Məsləhət Xidmətləri təklif edən aparıcı şirkətlərdən biridir. Komandamız peşəkar vəkillər, hüquqşünaslar və təcrübəli məsləhətçilərdən ibarətdir. Komandamızın hər bir üzvü öz sahəsində uzun illər peşəkar təcrübəyə malikdir.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]