“Optimal Electronics” işçilər axtarır – VAKANSİYALAR
1. Onlayn satış məsləhətçisi
Son tarix 11 mart 2022
Tələblər:
- Təhsil: Ali və ya orta;
- Azərbaycan dilini səlis bilməli, rus və ya ingilis dillərindən birində özünü ifadə etməyi bacarmalıdır;
- Satış təcrübəsi arzu olunandır;
- Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;
- Satış qabiliyyəti olmalı;
- Məhsulları təqdim etmək bacarığına malik olmaq.
Əsas vəzifələr:
- Onlayn şəkildə yüksək keyfiyyətli müştəri xidmətini həyata keçirmək;
- Müştərinin seçimi üçün optimal şərait yaratmaq;
- Mövcud müştərilər ilə əlaqələri gücləndirmək, yeni müştərilər qazanmaq;
- Şirkət tərəfindən təşkil olunan təlimlərdə iştirak etmək və verilən tədris materiallarını öyrənmək
Biz Sizə təklif edirik:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Həftədə 6 iş günü, 1 gün istirahət;
- Karyera yüksəlişi imkanı;
- Ödənişsiz təlimlər;
- Baza əmək haqqı ilə yanaşı, bonus sistemindən faydalanmaq.
2.Anbardar
Son tarix 11 mart 2022
Tələblər:
- Təhsil: Ali və ya orta
- İş təcrübəsi arzu olunandır.
- Azərbaycan dilini səlis bilməli, rus və ya ingilis dilində fikrini ifadə etməyi bacarmalıdır. .
- Diqqətli, şaffaf, işində dəqiq olmalıdır.
Əsas vəzifələr:
- Anbara daxil olan məhsulların qəbulu və qeydə alınması:
- Anbara daxil olan məhsulların dövriyyəsinin izlənilməsi;
- Anbarda mövcud olan (olmayan) məhsullar barədə müvafiq hesabatların hazırlanması;
- Məhsullarının tamlığnın yoxlanılması, çatışmazlıqlar barədə Departamen rəhbərinə məlumatların verilməsi.
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- Həftədə 6 iş günü, 1 gün istirahət
- Karyera yüksəlişi imkanı
- Ə/h: Baza əmək haqqı ilə yanaşı, bonus sistemindən faydalanmaq.
3. Monitorinq üzrə mütəxəssis
Son tarix 11 mar 2022
Tələblər:
- İqtisadi, maliyyə, riyazi və digər analitik ixtisaslar üzrə ali təhsil;
- 2 il monitorinq, kredit sahəsində təcrübəsi olmalıdır;
- Analitik təhlil və riyazi hesablamalar apara bilməyi bacarmalıdır;
- MS Office proqramlarını (xüsusi ilə də MS Excel) yaxşı səviyyədə bilməlidir;
- Azərbaycan, rus dillərini yaxşı səviyyədə bilməlidir;
- Dəqiq, diqqətcil və məsuliyyətli olmalıdır;
- Operativ təhliletmə qabiliyyətinə sahib olmalıdır;
- Ölkədaxili ezamiyyətlərə getmək imkanı olmalıdır;
- İşgüzar ünsiyyət və danışıqlar aparılmasını bacarmalıdır.
Vəzifələri:
- Monitorinq sənədlərini tərtib etmək;
- Mövcud müştərilərin maliyyə vəziyətini və nəzərdə tutulmuş şəkildə satış və krediti prosesini vaxtaşırı monitorinq etmək;
- Ehtiyac yarandığı halda mövcud müştərilərin növbədən kənar monitorinqini keçirmək;
- Yeni layihələri təhlil etmək və proqnozlar hazırlanmasında iştirak etmək;
- Monitorinq nəticəsində asılı olaraq hesabatların hazırlanması və s.
İş şəraiti:
- Həftədə 5 iş günü, 2 gün istirahət;
- Əmək haqqı: namizədin peşəkar təcrübə, bilik və bacarıqları əsasında təyin edilir;
4. Operator (call center)
Son tarix 11 mar 2022
Tələblər:
- Təhsil: orta-ixtisas / ali;
- İş stajı : müvafiq sahədə ən azı 1-2 il;
- Dil biliyi : Azərbaycan dilində səlis danışmaq/yazmaq; rus və ya ingilis dillərindən birində fikrini sərbəst ifadə etmək bacarığı;
- Kompüter biliyi: Microsoft Office (xüsusən Word və Excel) proqramlarında sərbəst işləmək bacarığı;
- Kollektivdə işləmək bacarığı;
- Yüksək ünsiyyət və təqdim etmə bacarıqları.
Əsas vəzifələr:
- Daxil olan telefon zənglərinin cavablandırılması;
- Kompüterdə zənglərin qeydiyyatını aparmaq;
- Şirkətin məhsulları haqqında tam məlumatlı olmalı;
- Müştərilərin verdiyi sualların dolğun və ətraflı şəkildə cavablandırılması;
- Zəng mərkəzinə gələn təkliflərin və şikayətlərin qəbul edilməsi;
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Həftədə 6 iş günü, 1 gün istirahət;
- Əmək haqqı: namizədin peşəkar təcrübə, bilik və bacarıqları əsasında təyin edilir;
- Karyera yüksəlişi imkanı;
- Ödənişsiz təlimlər;
5. Mağaza inzibatçısının müavini
Son tarix 11 mar 2022
Vəzifə öhdəlikləri:
- Cari tapşırıqları həll etmək, personalın öz vəzifə təlimatlarının və digər daxili normativ sənədlərin tələblərini dəqiq yerinə yetirmələrini təşkil etmək və nəzarət etmək;
- Alıcılara keyfiyyətli xidmətin təşkil olunmasına nəzarət etmək;
- Mağazanın fəaliyyətinə aid hesabatların təqdim edilməsi;
- Sifarişlərin düzgün idarə edilməsini nəzarətdə saxlamaq;
- Personala rəhbərlikdən alınan əmr və göstərişləri çatdırmaq və icrasına nəzarət etmək;
- Personalın daxili nizam-intizam qaydalarına əməl etmələrinə nəzarət etmək;
- Mağazanın fəaliyyətini itki və xərclərin azaldılması hesabına optimallaşdırmaq;
- Mağazanın və personalın səliqə və təmizliyinə nəzarət etmək;
- Mağazanın ümumi idarə edilməsi.
Tələblər:
- İş təcrübəsi 2 il
- Yaş 25 – 40
- Ali təhsil
- Pərakəndə sektorunda (Mağaza sahəsində) ən az 5 il iş təcrübəsi olmalı
- Yüksək təşkilati bacarıqları (idarəçilik qabiliyyəti, məqsədyönlülük, yaradıcı yanaşma və s.) olmalı
- Satış texnikası və prinsiplərini bilmək
- Alıcılara keyfiyyətli xidmət standartlarını, xidmətin təşkili metodlarını bilmək
- İşgüzar davranış etikası
- Xoşgörünüşlü
- Məsuliyyət, dəqiqlik, inkişafa meyillilik
- Karyerasını satış sahəsində qurmaq istəyi
- Azərbaycan Dili (əla)
- Kompüter biliyi: MS Windows, MS Office (Excel, Word, Outlook) 1C proqramı
6.Əməliyyatçı
Son tarix 11 mar 2022
Tələblər:
- Təhsil: Ali və ya orta;
- Azərbaycan dilini səlis bilməli, rus və ya ingilis dillərindən birində özünü ifadə etməyi bacarmalıdır;
- Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;
Əsas vəzifələr:
- Mağazaya aid olan bütün mədaxillərin və məxariclərin qeydiyyatı və sistemləşdirilməsi;
- Kassaya daxil olan pul vəsaitlərin qəbulu və qeydiyyatı;
- Mağaza işlərinin qeydiyyatını aparır, lazımi sənədləri tərtib edir və müəyyən edilmiş hesabatını aparır;
- Müştərilərə məlumat və məsləhət vermək, onlara mağaza xidmətlərini reklam etmək;
Biz Sizə təklif edirik:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Həftədə 6 iş günü, 1 gün istirahət;
- Karyera yüksəlişi imkanı;
- Ödənişsiz təlimlər
- Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər mövzu yerində vakansiyanın adını qeyd edərək CV ilə [email protected] ünvanına müraciət edə bilərlər.
Vakansiyalar
-
2 ay, 1 həftə, 6 gün, 6 saat, 29 dəq
Böyük marketlər şəbəkəsi iş təcrübəsi və təhsili olmayanları işə dəvət edir
- 6 ay, 2 həftə, 2 gün, 7 saat, 24 dəq
- 7 ay, 2 həftə, 2 gün, 9 saat, 17 dəq
- 10 ay, 3 həftə, 4 saat, 2 dəq
-
11 ay, 1 gün, 23 saat, 33 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır