Online supermarket depo müdiri axtarır

Anbardar


Zakaz.az MMC Depo müdiri vəzifəsi üzrə vakansiya elan edir.

-Elan bitmə tarixi: 15.05.2022

-Şirkət: Zakaz.az MMC

-Ərazi: Bakı

-Əmək haqqı: Müsahibə əsasında

-Staj: 1 il

-Yaş həddi: 22 — 35 yaş

-Təhsil: Natamam ali təhsil (bakalavr)

-İş rejimi: Tam iş günü (6 gün)

-Müqavilə: Əmək müqaviləsi

-E-mail: [email protected]

İş barədə məlumat:

Anbarın bölmələrinə rəhbərlik edilməsi, onların fəaliyyətinin istiqamətləndirilməsi və əlaqələndirilməsi;

Anbar ərazisində olan xüsusi texnika və avadanlıqların düzgün istismar edilməsinə nəzarət edilməsi;

Anbar bölmələri üzrə işçilərin iş bölgüsünün düzgün aparılmasının təmin edilməsi, iş rejiminə və davamiyyətinə nəzarət edilməsi;

İşdə fərqlənən işçilərin həvəsləndirilməsi, əmək intizamını  pozanlara dair dərhal müvafiq tədbirin görülməsi, təqdimat və ya müraciət ərizəsi ilə rəhbərliyin məlumatlandırılması;

Rəflərdə olan məhsulların son istifadə tarixinə (SİT) nəzarət olunması

Növbədə olduğu  müddətdə anbar ərazisini AQTA standartlarına uyğun təmin olunmasına nəzarət etmək

İnventarizasiya prossesində iştirak edilməsi;

Satış prosesinin idarə olunmasına nəzarət etmək

Yeni işə daxil olan Sifariş toplama operatorlarına təlimlərin keçirilməsi

Sifarişlərin düzgün yığılmasını və müştəriyə çatdırılmasını təmin etmək

Mal qalığına nəzarət etmək

Malların qəbulunun təşkil edilməsi

Anbar uçotunda sənədləşmənin təşkili;

Anbar idarəetmə sisteminin optimillaşdırma prinsiplərin uyğun yenidən təşkili

Namizədə tələblər:

Yaş həddi: 22-35

Anbar idarəetməsində minimum 1 il (Market sahəsində olanlara üstünlük veriləcəkdir)

Nizam-intizamlı, qrupu idarə etmək, işçilərlə münasib davranış qabiliyyəti olan

Problem həll etmə bacarığı,yaranmış problemi cəld aradan qaldırma bacarığı (kreativlik)
İşə tez adaptasiya ola biləcək, qrupu tez bir zamanda inkişaf etdirəcək

Məsuliyyətli, dürüst və dəqiq

Dinamik iş şərtlərinə və dəyişkən iş saatlarına uyğunlaşa bilən

İş şəraiti

6 günlük iş qrafiki

Əmək haqqı namizədin bilik və bacarığına əsasən müəyyən ediləcəkdir.

.Vakansiya ilə bağlı müraciət etmək üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Depo müdiri” yazmaqla [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]