Onlayn satış üzrə mütəxəssis tələb olunur

İşəgötürən – Veysəloğlu MMC
İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
Vəzifə öhdəlikləri:
Sayt üzərindən reallaşan B2B satışlarının izlənilməsi;
WEB saytın daima dinamik saxlanılması və texniki düzəlişlərin təşkili;
Rəhbərlik tərəfindən tələb olunan hesabatların hazırlanması;
E-ticarət performansını yaxşılaşdırmaq üçün strategiyaların təyin olunması və tətbiq edilməsi;
E-ticarət mağazasına bağlı əməliyyat prosesi axınlarının yaradılması, izlənilməsi və idarə edilməsi;
İş axışı üçün müvafiq strukturlarla əlaqənin təmin edilməsi və prosesin idarə olunması;
Sistemlə bağlı mütəmadi olaraq rəhbərliyə təkliflərin verilməsi.
Vəzifə tələbləri:
İqtisadiyyat və ya Marketinq sahəsində ali təhsil;
MS Office biliyi (Excel yaxşı səviyyədə);
Analitik düşünmə bacarığı;
Yeniliklərə açıq olmaq;
Diqqətli, nəticə yönümlü olmaq;
Aydın və qısa şəkildə ünsiyyət bacarığı.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur
Təminatlar:
İş yerinə nəqliyyat vasitəsilə çatdırılma;
Nahar ilə təmin edilmə.
Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Onlayn satış üzrə mütəxəssis” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.
Vakansiyalar
- 2 gün, 7 saat, 15 dəq
- 2 gün, 7 saat, 18 dəq
- 3 gün, 33 dəq
- 3 gün, 1 saat, 15 dəq
- 3 gün, 1 saat, 17 dəq