OMİD Mağazalar şəbəkəsi satış məsləhətçisi axtarır

İşəgötürən: OMİD Mağazalar şəbəkəsi
Vakansiya: Satış məsləhətçisi
Son tarix: 26 iyun 2023
Satış məsləhətçisi xanım və bəy namizədlər (Xutor, Nərimanov, Ə.Rəcəbli, 28 may, H.Aslanov, Əhmədli, Hövsan əraziləri üzrə)
Əmək haqqı 400-500 manat
İş barədə məlumat:
-Mağazanın satış işini təmin etməlidir;
-Müştərilərlə gülərüz, mehriban olmalı, alıcılarla nəzakətli rəftar etməli, onların məhsullarla ətraflı tanış olmasına şərait yaratmalıdır;
-Malları vitrin və ya rəflərə səliqəli düzməli, əlavə vasitə və avadanlıqların yerində olub-olmamasını yoxlamalıdır;
-Qiymət etiketlərinin qiymət cədvəlinə uyğunluğuna nəzarət etməli və bütün malların qiymətinin yerində olmasından cavabdehdir;
-Satış apararkən daim düzülüşə nəzarət etməli və vitrin boşluqlarını aradan qaldırmalıdır;
-Mağazanın forma geyim tələblərinə riayət etməlidir;
-6 günlük iş rejimi.
-Nahar şirkət tərəfindən qarşılanır, bonus və əlavə imtiyazlar da mövcuddur.
Namizədə tələblər:
-18-30 yaş
-Bəsit riyazi biliklərin olması vacibdir
-Ali və ya orta təhsilli (peşə və kollec məzunlarına üstünlük verilir)
-Müvafiq sahədə təcrübənin olması üstünlükdür.
Xutor, Nərimanov, Ə.Rəcəbli, 28 may, H.Aslanov, Əhmədli, Hövsan ərazilərində yaşayan xanım və bəy namizədlərə üstünlük veriləcək.
Uyğun xanım namizədlərdən CV-lərində yaşadığı ərazini və mövzu hissəsində “Satış məsləhətçisi” başlığı ilə qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.
Əlaqə nömrəsi: 055-500-91-00
Vakansiyalar
- 5 saat, 34 dəq
- 6 saat, 20 dəq
- 6 saat, 58 dəq
- 7 saat, 45 dəq
- 7 saat, 46 dəq