Ofis meneceri tələb olunur – (Bakı filialı)
İşəgötürən – Azerbaijan Energy Regulatory Agency
Vəzifə öhdəlikləri:
Filialın kargüzarlıq işini aparır, daxil olan sənədləri qəbul edir, Agentlikdə qəbul olunmuş qaydaya uyğun olaraq onları sistemləşdirir və təqdim edir;
Filiala daxil olan sənədləri filial rəisinin tapşırığına əsasən iş prosesində istifadə edir və ya cavablandırılması üçün onu icraçılara təqdim edir və sənədin yerinə yetirilməsinin icra müddətinə nəzarət edir;
Filialın fəaliyyəti ilə əlaqədar mətnləri elektron formada yığır, müvafiq çap işlərini və telefon zənglərini həyata keçirir, danışıqlar aparır;
Filialın fəaliyyətinə dair təlim, konfrans, müşavirə və seminarların keçirilməsi ilə əlaqədar hazırlıq işlərini görür;
Filiala daxil olan ərizə, təklif və şikayətlərin araşdırılması və cavablandırılmasını təmin edir;
Filial rəisinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlayır;
Filialın fəaliyyəti ilə əlaqədar digər texniki işləri icra edir.
Tələblər:
Ali təhsil;
Yaş həddi 22-30 aralığı;
Azı 1 il iş stajı; (dövlət qrumunda təcrübə arzu olunandı)
Microsoft Word və Excel proqramlarında mükəmməl işləmə bacarığı;
Rus dilini bilməsi arzu olunandır;
Vətəndaşlarla işləmə, fikrini düzgün ifadə etmə və savadlı yazı qabiliyyəti.
Digər:
Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma;
İş qrafiki: 09:00 – 18:00 / nahar fasiləsi 13:00 – 14:00;
İstirahət günləri: şənbə və bazar günləri;
Vakansiya üzrə müraciətin son müddəti: 20 avqust 2023-cü il
İş yeri: Bakı şəhəri
Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini foto ilə birlikdə [email protected] poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Bakı filialı – Ofis meneceri) qeyd edin.
Vakansiyalar
- 3 saat, 8 dəq
- 3 saat, 11 dəq
- 3 saat, 47 dəq
- 3 saat, 50 dəq
- 3 ay, 2 həftə, 2 gün, 18 saat, 25 dəq