Ofis meneceri tələb olunur

Menecer


İşəgötürən – Mauve

Vəzifə öhdəlikləri:

Ofis sistemlərinin işlək vəziyyətdə olmasına və rəhbər heyətin çalışmasına şərait yaratmaq və ofis işinin normal gedişatını təmin etmək. 

İşçilərini ofis avadanlığı (kompüter və digər ləvazimatlar daxil olmaqla) ilə təmin edilməsi və işçilər ilə ofis avadanlığının təhvil-təslim prosesinin aparılması.

Məktublaşmaya nəzarət etmək; qeydiyyat sistemlərini tətbiq etmək; təchizat tələbnamələrini qəbul edib təsdiqləmək 

Şəhər telefonu ilə daxil olan şikayət və sorğuları etiket qaydalarına riayət edərək, məlumat verərək və yazılı qeydlər apararaq işgüzar tərzdə cavablamaq 

Ofisin istismar şəraitini nəzarətdə saxlayaraq, tələb olunan təmir işlərinin vaxtında icra olunmasını təşkil etmək.

İşçilərin və qonaqların işgüzar tələbata görə yollanması üçün taksi / avtomobil / avtobus sifariş etmək. 

Ofis işçilərinin müəyyən tapşırıqlarını icra etməklə onlara köməklik göstərmək: e-mail  və SMS vasitəsilə xəbərlər yaymaq, telefon zənglərini təmin etmək. Printer/çap işləri üzrə sifarişləri və ofis/dəftərxana materiallarının alınmasını qeydiyyata salmaq. 

Daxil olan informasiyanın qeydə alınması, vaxtında rəhbərə çatdırılması. 

Direktorun qonaqlarının qəbul olunmasının təşkilatçılığı;

Direktorun iş qrafikinin hazırlanması, planlaşdırılması və kordinasiya olunması.

Direktorun iştirakı ilə keçirilən iclasların təşkilatçılığı və iclas tapşırıqlarının icrasına nəzarət edilməsi.

Direktorun digər tapşırıqlarının icra olunması

Namizədə tələblər:

Rus və İngilis dillərini yüksək səviyyədə bilməli

Səliqəli xarici görünüş, nəzakətli danışıq, intizamlı və işinə qarşı məsuliyyətli olmalı;

Ofis proqramlarında işləmə bacarığı;

Təşkilati bacarıqları, ünsiyyətcil və danışıq aparmaq bacarığı;

Vəzifələrin icrası üçün çalışqan olmaq;

Komanda daxilində işləmək bacarığı; Göstərilən tələblərə uyğun namizədlər mövzu qismində “Ofis menecer” qeyd etməklə  Cv-lərini    [email protected]   adresinə göndərilməlidir.


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]