“Nəqliyyat şöbəsinin müdiri” tələb olunur

“Mətanət A” şirkəti ” Nəqliyyat şöbəsinin müdiri ” vakansiyasını elan edib.
Vəzifə öhdəlikləri:
-Nəqliyyat bölməsinin işini ümumi müəssisə strategiyasına sinxronlaşdırılmasının təmin edilməsi;
-İllik nəqliyyat büdcəsinin planlanması, büdcə limitləri çərçivəsində səmərəli şəkildə istifadə edilməsi;
-Gündəlik çatdırılma fəaliyyətinin səmərəli şəkildə təmin olunması məqsədilə resursların və işlərin effektiv planlaşdırılması və həyata keçirilməsi;
-Qabaqcıl texnologiyaları tətbiq etməklə nəqliyyat sisteminin gələcək fəaliyyətinin təkmilləşdirilməsi;
-Departament əməkdaşlarının effektiv fəaliyyətinin təmin olunması;
-Nəqliyyat Departamentinə işə qəbul üzrə müraciət edən namizədlərin ixtisaslarının nəzərdən keçirilməsi və seçim üçün tövsiyələrin verilməsi.
Tələblər:
Təhsil: Ali təhsil (analoji sahə üzrə);
Yaş həddi: 30-50;
Dillər: Azərbaycan və Rus dili (İngilis dili arzuolunandır);
Nəqliyyat üzrə (logistika, ticari daşımacılıq) vəzifələrdə ən azı 3 il iş təcrübəsi;
Kompüter biliyi: Word, Excell, Internet Explorer; (1C proqramını bilənlərə üstünlük verilir);
Ölkədaxili və ölkəxarici logistika, distribusiya və təchizat sahələrinin mövcud vəziyyəti barədə məlumatlılıq;
Avtomobil servis mərkəzlərini, ehtiyat hissələrinin satışı mərkəzlərini yaxşı tanımalı;
Analitik düşünmə bacarığı və statistik göstəricilərlə işləmə qabiliyyəti.
İş şəraiti:
-6 günlük iş qrafiki;
-İş yeri: Bakı, Abşeron r-nu,Sumqayıt şossesi 13, 5-ci km. (Masazır dairəsi yaxınlığı);
-Servis xidməti mövcuddur;
-Nahar şirkət tərəfindən verilir;
-Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Əlaqə:
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə [email protected] mövzu yerinə “ Nəqliyyat şöbəsinin müdiri ” yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur.
Vakansiyalar
- 1 ay, 2 həftə, 2 gün, 27 dəq
-
1 ay, 3 həftə, 6 gün, 19 saat, 58 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 2 ay, 1 gün, 3 saat, 56 dəq
- 2 ay, 5 gün, 3 saat, 46 dəq
- 2 ay, 5 gün, 3 saat, 49 dəq