NBCO KredAqro kredit departamentinin rəhbəri axtarır
İşəgötürən: NBCO KredAqro
Vakansiya: Kredit departamentinin Rəhbəri
Son tarix: 08 avqust 2022
Əsas vəzifə və öhdəliklər:
-Təşkilatın qarşısında qoyulmuş tapşırıqların səmərəli yerinə yetirilməsi üçün filiallarla fəaliyyətlərin təşkili, idarə edilməsi və əlaqələndirilməsi;
-Təşkilatın kredit ehtiyacının ödənilməsi üçün (lazımi) kapitalın səviyyəsinin müəyyən edilməsi;
-Kreditin verilməsi və qaytarılması işində təşkilatın proqramlarının həyata keçirilməsinin təşkili və ona nəzarət;
-Monitorinq keçirilməsi prosesində iştirak etmək və ona nəzarət;
-Kredit əməliyyatlarında xərclərin səmərəliliyinə nəzarət;
-Filiallar və baş ofis arasında səmərəli məlumat axının idarəedilməsi;
-Lazımi hesabat formalarının vaxtında və keyfiyyətli hazırlanıb təqdim olunması;
-Təşkilatın filiallarının fəaliyyətinin səmərəliliyinin, kredit işçilərinin fəaliyyətinin qiymətləndirilməsi meyarlarının işlənib hazırlanması;
-Təşkilatın inzibati və əməliyyat xərclərinin, kapital xərcinin, inflyasiya səviyəsinin təhlili əsasında faizlərin müəyyənləşdirilməsi;
-Kreditlərin təsnifatının aparılması və düzgünlüyünün yoxlanması.
Tələb olunan keyfiyyətlər:
-Ali təhsil;
-Bank sektorunda qeyd olunan vəzifə üzrə azı 5 (beş) il iş təcrübəsi.
-Microsoft Office proqramlarında işləmək bacarığı;
-Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
-Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
İş şəraiti:
-İş yeri: Bakı şəhəri;
-İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə);
-Müvafiq sahədə təcrübənizi bizim komandada zənginləşdirmə imkanı;
-Əmək haqqı 2000 azn gross.
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını (Kredit departamentinin Rəhbəri) qeyd etməklə göndərmələri xahiş olunur.
Vakansiyalar
-
1 gün, 10 saat, 32 dəq
Discovering the Globe of VIP Online Casinos: An Exclusive Experience
-
1 gün, 11 saat, 28 dəq
Erkunden der Welt neuer Online-Glücksspielunternehmen: Ein umfassender Leitfaden
- 3 gün, 8 saat, 10 dəq
- 3 gün, 8 saat, 13 dəq
- 3 gün, 8 saat, 49 dəq