Müştəri xidmətləri üzrə rəhbər tələb olunur

Digər

rəhbər


İşəgötürən – Sağlam Ailə

Namizədə olan tələblər:

Ali tibbi təhsil (tibb üzrə üstünlükdür);

Azərbaycan, rus dili biliyi – əla, ingilis dili biliyi arzuolunandır;

Müvafiq vəzifədə minimum 3 illik iş təcrübəsi (tibbi sahədə üstünlükdür);

Məsuliyyətlilik, nəticəyönümlülük və punktuallılıq;

Yüksək təşkilatçılıq və liderlik bacarıqları.

Vakant vəzifə haqqında:

Müştəri xidmətləri komandasının ümumi fəaliyyətinin idarə edilməsi və nəzarət edilməsi;

Klinikaya müraciət edən pasiyentlərin qəbulunu və qeydiyyatını təşkil etmək, daha sonra pasiyentin klinikada aldığı bütün xidmətlərdən məmnunluğun təmin etmək üçün tədbirlər görmək;

Yaranmış problemləri, xüsusilə də müştəri şikayətlərini yerindəcə araşdırmaq, təhlil etmək, öz vəzifə səlahiyətləri, hüquqları çərçivəsində olan həlli yollarını müəyyənləşdirək, tətbiq etmək;

Klinikada müştəriyə birbaşa xidmət göstərən əməkdaşlara mütəmadi olaraq təlimlərin keçirilməsini, müştəri ilə davranış qaydaları, müştəri məmnuniyyəti istiqamətində maarifləndirmə işləri aparmaq.

Qeyd:

İş qrafiki: 6 gün (həftəlik 40 saat), VI gün qısaldılmış iş günü;

Əmək haqqı müsahibə əsasında razılaşdırılır;

Özü və ailə üzvlərinə tibbi xidmətlərdən istifadəyə güzəştlər.

Müraciət etmək üçün CV-nizi    [email protected]   elektron ünvanına “Müştəri xidmətləri üzrə rəhbər“ başlığı ilə göndərməyiniz zəruridir. Müsahibəyə tələblərə uyğun hesab olunan namizədlər dəvət olunacaq.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]