Mühasib tələb olunur – (Elektronika və ERP sahəsi üzrə)

İşəgötürən – Rec Group
Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik. Bu vəzifənin rolu məhsullar üzrə məlumatları bazaya daxil etmək, mütəmadi olaraq yoxlamaq və ödənişlərin vaxtında həyata keçirilməsinə nəzarət etməkdir.
Vəzifə öhdəlikləri:
Cash Flow hesabatını exceldə aparılması
Mənfəət ,zərər, balans və digər maliyyə hesabatlarının aparılması
Korporativ satışlara aid kreditor və debitor hesabatının hazırlanması
Müqavilələr, təhvil/təslim aktlarını hazırlanması
Ödəniş vauçerlərinin yazılması və alınmış qaimələrin yoxlanması
Mədaxil və məxaric orderlərinin yazılması, maya dəyərinin hesablanması və yoxlanması
Alışların daxil edilməsi
Məhsul transferlərinin yoxlanması
Baza üzrə inventarizasiyanın aparılması
Korporativ satışların qeydiyyatı
Əsas tələblər:
Maliyyə və iqtisadiyyat üzrə ali təhsil
Maliyyə və ya Audit sahəsində minimum 3 il iş təcrübəsi.
MS Office Proqramları
1C və digər proqramlar üzrə təcrübə və biliklər arzu olunandır
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə. 5 günlük iş qrafiki: 09:00 – 18:00
Vakansiya ilə maraqlanan namizədlər CV-ni mövzu hissəsində “Mühasib” qeyd edərək [email protected] elektron poçt ünvanına göndərə bilərlər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Qeyd: Mövzu hissəsində vakansiya adı (“Mühasib”) olmayan maillərə baxılmayacaq. Diqqətli olmağınızı xahiş edirik.
Vakansiyalar
- 1 ay, 2 həftə, 3 saat, 39 dəq
-
1 ay, 3 həftə, 4 gün, 23 saat, 10 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 1 ay, 4 həftə, 2 gün, 7 saat, 8 dəq
- 2 ay, 3 gün, 6 saat, 58 dəq
- 2 ay, 3 gün, 7 saat, 1 dəq