Mühasib/Aparıcı Mühasib tələb olunur
İşəgötürən – Trawell Group
Vəzifə öhdəlikləri:
Şirkətdə mühasibat uçotunun təşkili və aparılmasını təmin etmək;
Aylıq, rüblük və illik vergi (ÖMV, gəlir, mənfəət və s.), DSMF və Statistika hesabatlarının tərtib edilməsi və göndərilməsi;
E-Qaimə fakturalarının, VHF yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
Mühasibat uçotunun AR Vergi Məcəlləsinin tələbləri üzrə idarə olunması və sənədləşmələrin dəqiq və vaxtında yerinə yetirilməsi;
Mühasibatlıqla bağlı rəsmi müqavilələrin hazırlanması;
Namizədə tələblər:
Təhsil və Təcrübə üzrə:
Təhsil: Maliyyə, Mühasibatlıq və əlaqəli sahə üzrə Ali təhsil;
İş Təcrübəsi: Müvafiq sahə üzrə minimum 2 il professional iş təcrübəsi (Vergi Mühasibi kimi təcrübəsi olanlar, Maliyyə-Consulting və Xidmət sahəsi üzrə fəaliyyət göstərən şirkətlərdə təcrübəsi olanlara üstünlük veriləcəkdir);
Advanced Excel bilikləri mütləqdir (yüksək səviyyədə funksiya və formulalarla işləmə bacarığı);
ACCA-FA üzrə sertifikat mütləqdir (Digər ACCA və BM üzrə sertifikatlar üstünlükdür);
Rəsmi müqavilələrin hazırlanması üzrə təcrübə;
Praktiki İngilis dili;
Şəxsi Keyfiyyətlər:
Özünü inkişafa meyilli, təşəbbüskar, təcrübəsinə güvənən, punktual və nizam-intizamlı;
Multitasking bacarıqları; mühasibatlıqla bağlı fərqli və müxtəlif yönümlü proseslərdə əməliyyatları idarə etmə bacarığı;
Riyazi zəka, analiz etmə bacarığı və həll yönümlü olmaq;
Disiplin, məsuliyyətli və dəqiq olmaq, o cümlədən planlaşdırma və vaxtın düzgün idarə edilməsi bacarıqları;
Yaş həddi: 30 yaşa qədər
Biz nə təklif edirik:
Gənc və professional kollektivlə çalışmaq
Yüksək komanda ruhunda əməkdaşlıq
Karyera inkişafı üçün şərait
Mərkəzdə yerləşən ofis
İş şəraiti:
İş rejimi: 5/2, 09:00-18:00 (13:00-14:00 nahar)
Əmək haqqı: 1000-1200 AZN (Əmək haqqı təcrübəyə və KPI göstəricilərinə əsasən artandır)
Ünvan: Bəşir Səfəroğlu 133
Tələblərə uyğun olan namizədlər öz CV formalarını mövzu hissədə “Mühasib və ya Aparıcı Mühasib” qeyd edərək [email protected] adresinə yollaya bilərlər.
Müraciət üçün son tarix: 07.10.2023
Vakansiyalar
-
2 gün, 2 saat, 48 dəq
How Infrastructure Affects Worker Efficiency in Smart Cities
-
5 gün, 8 saat, 37 dəq
The Complexities of Immediate Payment Casinos: A Comprehensive Guide
-
1 həftə, 7 saat, 29 dəq
Sign Up Benefits at Online Gambling Establishments: A Comprehensive Overview
- 1 həftə, 8 saat, 3 dəq
- 1 həftə, 1 gün, 2 saat, 9 dəq