Monitorinq üzrə mütəxəssis axtarılır
"AFB Bank" ASC Monitorinq üzrə mütəxəssis axtarışındadır !
“AFB Bank” ASC Monitorinq üzrə mütəxəssis vakansiyasını elan edib.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
-İqtisadiyyat, Maliyyə, Riyaziyyat, Statistika, və ya Biznesin idarə edilməsi üzrə ali təhsil;
-Sahə üzrə 2 il iş təcrübəsi;
-SME və Korporativ müştərilərin kreditləşməsi sahəsində dərin nəzəri və praktiki biliklər;
-Maliyyə hesabatlarının tərtib olunması və analizi üzrə dərin biliklər;
-Müxtəlif biznes sahələrinin təhlili və bazarın vəziyyəti haqqında biliklər;
-Yüksək səviyyədə MS Excel biliyi;
-Analitik düşüncə qabiliyyəti və detallara qarşı diqqətli olabilmə;
-İri kreditlərin qiymətləndirilməsini və monitorinqini bilmək;
-Kredit reytinq və skorinq sistemlərinin qurulmasını bilmək.
İŞİN TƏSVİRİ:
-Strateji inkişaf planını əsas götürməklə, biznes kredit bazarını, müştəri istəklərini, filialların biznes kreditləşmə üzrə istəklərini, daxili kreditləşmə proseslərini mütəmadi olaraq təhlil edir;
-Kommersiya strukturuna kredit siyasəti və qaydaları, biznes kreditlərin şərtləri və kreditləşmə prosesləri, habelə yeni biznes kredit məhsulları yaradılması və mövcud olanların təkmilləşdirilməsi barədə təkliflər hazırlayıb təqdim edir;
-Biznes, mikro və istehlak üzrə kreditlərin qiymətləndirilməsini həyata keçirir, rəy verir və limiti daxilində kreditin verilməsi üzrə qərar qəbul edir;
-Kredit reytinq və skorinq sistemlərinin yaradılmasında iştirak edir, onların tətbiqi üzrə filialların kredit əməkdaşlarını və digər aidiyyəti işçiləri təlimatlandırır və onlara əməli köməklik edir;
-Girov əmlakları bazarını daima araşdırır;
-Bankın müştərilərinin akkreditivlər və qarantiyalar üzrə sifarişlərini qiymətləndirir, rəy verir və limiti daxilində qərar qəbul edir;
-Ehtiyac olduqda müştəri xidməti strukturlarına və onların müştərilərinə sənədli əməliyyatlar üzrə məsləhət verir;
-Bankın müştəri xidməti strukturlarından daxil olmuş kredit sifarişlərinin vaxtında və yüksək dəqiqliklə ekspertizası üçün məsuliyyət daşıyır.
-İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
-Ünvan: Bakı şəhəri.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Monitorinq üzrə mütəxəssis” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.
Vakansiyalar
-
2 ay, 2 həftə, 4 gün, 11 saat, 54 dəq
Böyük marketlər şəbəkəsi iş təcrübəsi və təhsili olmayanları işə dəvət edir
- 6 ay, 3 həftə, 12 saat, 49 dəq
- 7 ay, 3 həftə, 14 saat, 42 dəq
- 10 ay, 3 həftə, 5 gün, 9 saat, 27 dəq
-
11 ay, 1 həftə, 4 saat, 58 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır