MKT İstehsalat Kommersiya MMC müqavilələr üzrə mütəxəssis axtarır (Sumqayıt Gilan Tekstil Park)
İşəgötürən: MKT İstehsalat Kommersiya MMC
Vakansiya: Müqavilələr üzrə mütəxəssis (Sumqayıt Gilan Tekstil Park)
Son tarix: 05 oktyabr 2022
Vəzifə öhdəlikləri:
-Daxil olunan sifarişlər üzrə bütün növ müqavilələrin hazırlanmasınını təmin etmək;
-Müqavilələrin bağlanması prosesində iştirak, bununla bağlı zəruri sənədlərin toplanması və hazırlanmasını təmin etmək;
-Müqavilə şablonlarının hazırlanmasını təmin etmək;
-Müqaviləyə əlavə və dəyişikliklərin edilməsinə dair müxtəlif sazişləri tərtib etmək;
-Müqavilələrin xitamı ilə bağlı müvafiq prosedurların icrası və sazişlərin layihələrinin hazırlanması;
-Müqavilə tərəfləri arasında mübahisələrin yaranması zamanı danışıqların aparılması, bütün görüşlərdə iştirak, pretenziyaların və ya reklamasiya aktlarının hazırlanması;
-Müqavilələr üzrə digər şöbələrə hüquqi məsləhətlərin verilməsi və ya daxil olan müqavilələrlə bağlı hüquqi rəy verilməsi;
-Müqavilələrin və Müqavilələrə aid olan bütün növ sənədlərin (Əlavələr, Razılaşma protokollar, Təhvil-Təslim Aktları və s.) elektron vəziyyətdə arxivləşməsi və əslilərinin xronoloji vəziyyətdə kağiz formatda saxlanması, mühafizəsi, müqavilələrin reyestrinin aparılması.
Tələblər:
-Ali təhsil (Hüquq üzrə);
-Qeyd edilən vəzifədə ən azı 1 il iş təcrübəsi;
-Mülki (həmçinin prosessual), inzibati, cinayət, icra haqqında, daşınmaz əmlak, o cümlədən topraq haqqında qanunverciliyi bilmək;
-Yüksək ünsiyyət, qarşılıqlı əlaqə və problemləri həll etmək bacarığı;
-Məxfilik tələb olunan məlumatlarla işləmə bacarığı;
-MS Office (Word, Excel);
-İngilis və rus dili arzu olunandır;
-Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı
Səriştələr:
-Məsuliyyətli
-Şəxsi inkişafa meylli
-Pozitiv
-Özünütəşkiletmə qabiliyyəti
-Nailiyyət yönümlülük
-Etibarlılıq
-Dürüstlük
Təminatlar:
-Nahar ilə təmin edilmə;
-Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
-5 günlük iş qrafiki;
-Servis xidməti mövcuddur;
“MKT İK” MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.
Əgər özünüzü bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə və ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə aşağıdakı linkələrə daxil olaraq müraciət edə bilərsiniz.
CV-nin göndərilməsi üçün link
Vakansiyalar
-
2 ay, 1 həftə, 6 gün, 5 saat, 19 dəq
Böyük marketlər şəbəkəsi iş təcrübəsi və təhsili olmayanları işə dəvət edir
- 6 ay, 2 həftə, 2 gün, 6 saat, 14 dəq
- 7 ay, 2 həftə, 2 gün, 8 saat, 7 dəq
- 10 ay, 3 həftə, 2 saat, 52 dəq
-
11 ay, 1 gün, 22 saat, 23 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır