MKT İstehsalat Kommersiya MMC idarə heyəti üzvünün köməkçisi axtarır

İşəgötürən: MKT İstehsalat Kommersiya MMC
Vakansiya: İdarə heyəti üzvünün köməkçisi
Son tarix: 15 sentyabr 2022
Vakansiyanın təsviri:
-Şirkətin idarə heyəti üzvünə iclasların planlamasına və tədbir təqvimlərini yaradılmasına yardım etmək;
-İclaslarda katiblik funksiyasını icra etmək, həmin iclasların protokollarını hazırlamaq, ehtiyac olduqca tərcüməsini etmək;
-İşgüzar yazışmaları aparmaq, məktubları cavablamaq, aidiyyatı şöbələrə ünvanlamaq;
-Korporativ sənədlərin hazırlanması;
-Daxil olan sənədlərin müvafiq şöbələr üzrə bölüşdürülməsi;
Tələblər:
-Ali təhsil;
-Azərbaycan və ingilis dillərini yazılı və şifahi əla səviyyədə bilmək;
-Sənədlərin İngilis, Azərbaycan dillərinə səlis və işgüzar tərcümə edə bilmək;
-Mükəmməl səviyyədə MS Office (Power Point, Word, Excel) ilə işləmək;
-Məxfi məlumatlarla və stress altında işləmək;
-Daxili və xarici yazışmaları idarə etmək;
-Əla səviyyədə yazılı və şifahi ünsiyyət qurmaq;
-Hüquq, Beynəlxalq münasibətlər, Beynəlxalq hüquq və oxşar sahələr üzrə Ali təhsil üstünlükdür.
Səriştələr:
-Məsuliyyətli
-Dəqiq
-Nailiyyət yönümlülük
-Etibarlılıq
-Dürüstlük
“MKT İK” MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.
Əgər özünüzü bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə və ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə aşağıdakı linkələrə daxil olaraq müraciət edə bilərsiniz.
CV-nin göndərilməsi üçün link
Vakansiyalar
- 1 gün, 21 saat, 50 dəq
- 1 gün, 21 saat, 52 dəq
- 1 gün, 21 saat, 54 dəq
- 1 gün, 21 saat, 57 dəq
- 1 gün, 22 saat, 1 dəq