MKT İstehsalat Kommersiya MMC büdcə və hesabatlıq şöbəsinin rəisi axtarır

İşəgötürən: MKT İstehsalat Kommersiya MMC
Vakansiya: Büdcə və hesabatlıq şöbəsinin rəisi
Son tarix: 12 oktyabr 2022
Vəzifə öhdəlikləri:
-Şirkətin həftəlik, aylıq və illik maliyyə hesabatlarının hazırlanmasını təmin edir;
-Şirkətin illik büdcə planının hazırlanmasında bilavasitə iştirak və prosesin koordinasiyanın təmin edir;
-Hər bir hesabat dövrünün sonunda faktiki və büdcə nəticələrinin müqayisələrini əks etdirən hesabatlar hazırlanmasını təmin edir;
-Maliyyə hesabatlarının illik kənar auditini koordinasiya edir və və yoxlama üçün hesabatların, açıqlamaların tərtib edir;
-Maya dəyərini aylıq əsaslarda analitik təhlilini həyata keçirir və nəticələr barədə rəhbərliyə hesabat verir;
-Şirkətin uçot siyasətinin hazırlanması və tətbiqində iştirak edir;
-Aylıq və illik maliyyə yekunları əsasında MHBS-ə uyğun mühasibat düzəlişlərin verir;
-Şirkətin proqram təminatı üzrə çatışmazlıqların ortadan qaldırılması yönündə təkliflər verir;
-Rəhbərlik tərəfindən tələb olunan cari fəaliyyətin izlənilməsi ilə bağlı hesabatlığın təmin olunmasını təşkil edir.
Tələblər:
-Müvafiq sahə üzrə Ali təhsil;
-Müvafiq sahə üzrə ən az 4 illik iş təcrübəsi;
-Sertifikatlar arzuolunandır;
-MHBS üzrə biliklər;
-Yerli uçot qanunvericiliyi üzrə biliklər;
-Vergi qanunvericiliyi üzrə bilikləri;
-Şirkətin fəaliyyətini tənzimləyən qanunvericilik üzrə biliklər;
-Azərbaycan dili səlis, İngilis və Rus dili arzuolunandır;
-MS Office (Word, Excel,Outlook), ERP sistemləri üzrə biliklər.
Səriştələr:
-Qərar qəbul etmək bacarığı;
-İdarəetmə və rəhbərlik bacarıqları
-Planlama və təşkilatçılıq;
-Komanda işinin təşkili;
-Məsuliyyətli;
-Şəxsi inkişafa meylli;
-Nailiyyət yönümlülük;
-Etibarlılıq;
-Dürüstlük.
Əlavə məlumat:
-Əmək haqqı razılaşma əsasında;
-İş qrafiki: Beş günlük iş həftəsi (09:30-18:30);
-İş yeri: Baki şəhəri, Qafqaz Business Center;
-Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
“MKT İK” MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.
Əgər özünüzü bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə və ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə aşağıdakı linkə daxil olaraq müraciət edə bilərsiniz.
CV-nin göndərilməsi üçün link
Vakansiyalar
-
2 gün, 4 saat, 28 dəq
“Happy Market”ə işçilər tələb olunur -Müdir müavini, kassir, satıcı
- 2 gün, 7 saat, 27 dəq
-
2 gün, 7 saat, 28 dəq
Zeytun Pharmaceuticals logistika və sənədləşmə üzrə mütəxəssis axtarır
- 2 gün, 7 saat, 31 dəq
- 2 gün, 7 saat, 33 dəq