MKT İstehsalat Kommersiya MMC 1C inzibatçısı axtarır

İşəgötürən: MKT İstehsalat Kommersiya MMC
Vakansiya: 1C İnzibatçısı
Son tarix: 05 avqust 2022
Vəzifə öhdəlikləri:
-Müəssisə və filialların məlumat ehtiyaclarını təhlil etmək və istifadəçi hüquqları ilə təmin etmək;
-Proqram təminatında istifadə nəticələrində yaranan çatışmazlıqları analiz etmək və proqramçılara bu barədə məlumat vermək;
-Proqramçılar tərəfindən icra olunan işlərə nəzərat etmək;
-1С 8.3 informasiya sisteminin istifadəçi təminatımı dəstəkləmək;
-İstifadəçilərin 1Cproqramında yaranan problemlərini həll etmək və onları təlimləndirmək;
-1C bazasının işini təhlil etmək və optimallaşdırmaq;
-1C istifadəçilərinə gündəlik yaranan problemlərin həllində dəstək olmaq;
-1C sistemində müxtəlif problemləri həll etmək;
-1C bazasını idarə etmək (yenilənmə, rezerv nüsxə yaradılması, istifadəçi hesabı yaradılması və iş vaxtı verilən məsələləri həll etmək, hesabat vermək və s.).
Tələblər:
-İnformatika, kibernetika, kompüter mühəndisliyi sahəsində ali təhsil;
-Azərbaycan dilini, rus dilini əla səviyyədə bilməli, ingilis dili biliyi arzuolunandır;
-MS Excel , 1C 8.3 yüksək səviyyədə bilməli, UPP proqramlarında irəli səviyyədə işləmə bacarığı;
-Analitik düşünmə və problemləri zamanında həll etmə bacarığı;
-Ünsiyyət və təqdimat bacarığı.
Səriştələr:
-Məsuliyyətli
-Şəxsi inkişafa meylli
-Etibarlı
-Dürüst
Əlavə məlumat:
-Əmək haqqı razılaşma əsasında;
-İş yeri: Bakı şəhəri, Qafqaz Business Center;
-İş qrafiki: Bazar ertəsi-Cümə (09:30-18:30);
-Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
“MKT İK” MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.
Əgər özünüzü bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə və ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə aşağıdakı linkə daxil olaraq müraciət edə bilərsiniz.
CV-nin göndərilməsi üçün link
Vakansiyalar
- 1 ay, 1 həftə, 4 gün, 16 saat, 29 dəq
-
1 ay, 3 həftə, 2 gün, 12 saat
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 1 ay, 3 həftə, 6 gün, 19 saat, 58 dəq
- 2 ay, 1 gün, 19 saat, 48 dəq
- 2 ay, 1 gün, 19 saat, 51 dəq