“Millikart” şəbəkə təhlükəsizliyi üzrə mütəxəssis axtarır

Mütəxəssis


Millikart  “Şəbəkə Təhlükəsizliyi üzrə Mütəxəssis” vakansiyası elan edir.

Vəzifə funksiyaları:

– Switch və Firewall-ları təhlükəsizlik standartlarına uyğun olaraq yoxlanılması;

– Şəbəkə problemlərini müəyyən edib, bildirilməsi;

– Şəbəkə dayanıqlığını təmin etmək üçün tədbirlərinin görülməsi;

– Monitorinq sistemi vasitəsilə infrastruktur elementlərinin konfiqurasiyası və monitorinqinin aparılması;

– Ayrılmış İP- ünvanların vaxtında qeydiyyata alınması;

– IT prosedurları və siyasəti çərçivəsində digər öhdəliklərin icra edilməsi;

Biliklər:

– LAN/WAN, VPN texnologiyaları üzrə biliklər;

– Korporativ şəbəkənin iş prinsipləri üzrə biliklər;

– Switch, firewall avadanlıqlarının konfiqurasiyası, sazlanması və quraşdırılması üzrə biliklər;

– Network istehsalçı firmalarının (Fortigate, Cisco, Lenovo və s.) məhsulları haqqında biliklər;

– Azərbaycan dilini mükəmməl səviyyədə bilməli (rus və ingilis dillərini texniki səviyyədə yaxşı bilmək arzu olunandır);

– Cisco Systems sertifikalarına (CCNA) sahib olması arzuolunandır;

– Müvafiq sənədləşmə işlərini apara bilmək;

Bacarıqlar:

– Məsuliyyət;

– Diqqət və dəqiqlik;

– Nəticəyönümlülük;

– Operativlik;

– Komandada işləmək bacarığı,

– Çalışqanlıq, öyrənmə bacarığı;

– Vaxtını düzgün idarə edə bilmə bacarığı;

Xüsusi tələblər:

– Ali təhsil;

– Tələb olunan sahə üzrə minimum 1 (bir) il iş təcrübəsi;

İş şəraiti:

– İş yeri: Alı Mustafayev 5A. (Memar Əcəmi m/s yaxınlığı)

– İş rejimi: Həftə içi 5 gün 09:00 – 18:00; şənbə və bazar qeyri-iş günləridir.

– Əmək haqqı: Namizədin bilik, bacarıq və iş təcrübəsinə uyğun olaraq müsahibə zamanı razılaşdırılacaqdır.

Uyğun namizədlər, “Şəbəkə Təhlükəsizliyi üzrə Mütəxəssis” başlığı ilə CV-lərini [email protected] ünvanına göndərməklə müraciət edə bilərlər.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]