Mars Overseas Baku feldşer axtarır

İşəgötürən: Mars Overseas Baku
Vakansiya: Feldşer
Son tarix: 08 sentyabr 2022
Deparament: SƏTƏM/Keyfiyyətə nəzarət
Əsas öhdəliklər:
-İstehsalat zədələnmələri, zəhərlənmələr və sağlamlığın qəflətən itirilməsi zamanı ilkin tibbi yardım göstərmək
-Zərurət yarandıqda tibbi yardım üçün müraciət etmiş şəxsləri aidiyyəti üzrə tibbi müalicə-profilaktika müəssisələrinə yönləndirilməsini təmin etmək
-Yeni işə qəbul edilmiş işçilər üçün sağlamlıq pasportunun açılmasını, vaxtaşırı yenilənməsini və dövrü tibbi müayinələrin nəticələrinin qeyd olunmasını təmin etmək
-Dövrü tibbi müayinəyə cəlb ediləcək işçilərin siyahısını (peşələr üzrə) tərtib etmək və həmin işçilərin vaxtaşırı tibbi müayinəyə cəlb olunmasını təmin etmək
-Ofislərdə, yeməkxanalarda, məişət və sanitariya-gigiyena otaqlarında gigyenik şəraitə nəzarət etmək
-Prosedur kabinetində tibbi və təsərrüfat ləvazimatlarını qorumaq və lazımi səviyyədə saxlamaq
-İlkin tibbi yardım manipulyasiyalarını yerinə yetirmək və bu barədə işçilər üçün vaxtaşırı təlimlər təşkil etmək
-Gündəlik olaraq sürücü və operatorları reysqabağı tibbi müayinədən (alkotester, qan təzyiqi, hərarət və s.) keçirtmək
-Dərman preparatlarını və zəruri tibbi ləvazimatları qəbul edib, onları prosedur kabinetində düzgün saxlayıb, xəstələrə təyinata uyğun vermək
-Təcili tibbi yardım şkafında, sahələrdə (bölmələrdə) və nəqliyyat vasitələrində olan təcili tibbi yardım çantalarında dərman preparatlarının mövcudluğuna və istifadə müddətlərinə nəzarət etmək
Əsas tələb:
-Tibbi kollec və ya ali tibbi təhsil
-Vəzifə üzrə 1-3 il təcrübə
-Orta səviyyədə MS Office biliyi
Əlavə məlumatlar:
-İş yeri – Binəqədi rayonu, Sulutəpə qəsəbəsi (Pepsi anbarı)
-Tibbi sığorta
-Korporativ nömrə
-Peşəkar təlimçi tərəfindən təlimlər
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “Feldşer” qeyd etməklə göndərə bilərsiniz
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
-
6 saat, 50 dəq
NOVCO Group of Companies korporativ satış mütəxəssisi axtarır
- 6 saat, 59 dəq
- 7 saat
- 7 saat, 2 dəq
- 7 saat, 8 dəq