Maqro Construction Azerbaijan anbardar axtarır (Gəncə)

İşəgötürən: Maqro Construction Azerbaijan
Vakansiya: Anbardar (Gəncə)
Son tarix: 16 oktyabr 2022
Vəzifə üzrə öhdəliklər:
-Anbara bütün mədaxil, məxaric və digər əməliyyatların proqramda işləmək və proqramda müvafiq məlumatlar almaq,
-Anbardar muxtəlif material qiymətlilərinin – yanacaq, xammal, yarımfabrikatlar, hazır məhsul, detallar, alətlər, əşyalar və s. anbara qəbulu, saxlanılması və anbardan verilməsini həyata kecirmək;
-Qəbul edilən qiymətlilərin onlara qoşma sənədlərə uyğunluğunu yoxlamaq;
-Material qiymətlilərinin novləri, keyfiyyəti, təyinatı və digər əlamətləri uzrə boluşdurulməklə, əl və ya alətlər, xususi mexanizmlər vasitəsi ilə anbarda saxlanılma yerlərində yerləşdirilməsini təmin etmək;
-Korlanmasının və itkisinin qarşısının alınması məqsədi ilə material və məhsulların saxlanılmasını təşkil etmək;
-Material qiymətlilərinin qorunmasını təmin etmək;
-Anbar daxilində yuklərin yuklənməsi və boşaldılması uzrə işlərə rəhbərlik etmək;
-Material qiymətlilərini sifarişlər uzrə komplektləşdirmək;
-Nasaz alətlər, cihazlar və s. ucun qusur cədvəllərini, onların təmiri, silinməsi, eləcə də materialların catışmazlığı və korlanması barədə aktları tərtib etmək;
-Anbarda saxlanılan material qiymətlilərinin ucotunu və onların hərəkəti uzrə hesabat sənədləşdirməsini aparmaq;
-İnventarlaşdırmanın aparılmasında iştirak etmək.
Tələblər:
-Müvafiq sahədə ən az 2 il iş təcrübəsi;
-MS Office proqramları
-Hər hansı ERP proqramında praktiki təcrübə (1C, Logo, Micro, Tiger, SAP və s)
-Güclü riyazi hesablama bacarıqları;
-Güclü ünsiyyət bacarıqları;
-Analitik təhlil etmə qabiliyyəti.
İş şəraiti:
-İş qrafiki: həftədə 6 gün, həftəlik 40 saat;
-Gəncə şəhəri və ətrafı bölgələrdə yaşayanların müraciətləri diqqətə alınacaq;
-Əmək haqqı başlanğıc: 700 AZN
Yalnız göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına, mövzu hissəsində “Anbardar (Gəncə)” qeyd edərək göndərə bilərlər.
Vakansiyalar
- 2 gün, 5 saat, 33 dəq
- 2 gün, 5 saat, 36 dəq
- 2 gün, 22 saat, 51 dəq
- 2 gün, 23 saat, 33 dəq
- 2 gün, 23 saat, 35 dəq