Maliyyə üzrə kiçik mütəxəssis axtarılır

Mütəxəssis


İşəgötürən – Performance Center Co


Vəzifə öhdəlikləri:

Əməkhaqqı fonduna və əməkdaşlarla hesablaşmalar üzrə KPI-ların aylıq yoxlanılması və analizi;

1C ERP üzrə aparılan maliyyə əməliyyatlarının, bank və kassa sənədlərinin dövri olaraq yoxlanılması;

Hesabatların tərtib edilməsi üçün istifadə edilən əməliyyat sistemi və digər rəqəmsal məlumat mənbələrinin dolğunluğunun və düzgünlüyünün təmin edilməsi;

Şirkətin rəhbərliyinə, habelə digər struktur bölmələrə aylıq, rüblük və.s hesabatların daxili qaydalarla razılaşdırılmış müddətdə təqdim edilməsi;

Rəhbərlik və digər stukturlar tərəfindən birdəfəlik hesabatlarla bağlı sorğuların vaxtında cavablandırılması;

1C ERP sisteminin təkmilləşdirilməsində iştirak;

Sənədləşmələrin və əməliyyatların şirkətin daxili qaydalarına uyğun şəkildə icra edilməsi.

Namizədə olan tələblər:

Maliyyə, uçot və ya iqtisadiyyat üzrə ali təhsil;

İş təcrübəsi: minimum – 3 il;

Hesabatlıq, təhlil sahəsində iş təcrübəsi üstünlükdür;

Analitik bacarıqlar, böyük məlumat bazası ilə işləmək bacarığı; 

Mükəmməl MS Excel biliyi;

Maliyyə sahəsi üzrə analitik bilik və bacarıqlar;  

ACCA, PMS sertifikatları üstünlük hesab olunur; 

Dəqiqlik, çeviklik, pozitivlik;

Komandada işləmək bacarığı.

İş şərtləri:

İş qrafiki: Həftədə 5 gün, 09:00-dan 18:00-dək

Əmək haqqı: 700-1000 AZN

Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz şəkilli CV-lərini  məktubun mövzu hissəsində “Maliyyə üzrə kiçik mütəxəssis” qeyd etməklə   [email protected]   adresinə göndərmələri xahiş olunur. Yalnız yuxarıdakı tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]