Maliyyə analitikası üzrə baş mütəxəssis axtarılır

Mütəxəssis


İşəgötürən- Katech

Əsas vəzifə və öhdəliklər:

İllik MHBS hesabatlarının və açıqlamalarının hazırlanması və təqdim edilməsi;

Kənar və daxili auditorlarla sıx əməkdaşlıq göstərilməsi;

Əsas vəsaitlərin və digər aktivlərin qiymətləndirilməsi prosesinin idarə edilməsi;

Aylıq, rüblük və illik maliyyə hesabatlarını hazırlamaq;

Aylıq və illik maliyyə yekunları əsasında MHBS-ə uyğun mühasibat düzəlişlərinin verilməsi;

Maya dəyərinin aylıq əsaslarda analitik təhlilinin həyata keçirilməsi;

Maliyyə hesabatlarında və biznes planlarında müxtəlif məlumatları nəzərdən keçirib təhlili və qiymətləndirmə üçün töhfələrin verilməsi

Xərclərdə israfçılığın qarşısını almaq məqsədi ilə biznes proseslərdə təsdiq və nəzarət baxımından çatışmazlıqların müəyyən edilməsi, məlumatların toplanması və analiz edilməsi

Cari gəlirlərin və xərclərin, əməliyyat planlarına uyğun büdcələrin, strateji planların, aylıq proqnozların hazırlanması və təhlili

Rəhbərlik tərəfindən tələb olunan cari fəaliyyətin izlənilməsi ilə bağlı hesabatları hazırlamaq.

Namizədə dair əsas tələblər:

Ali təhsil (Mühasibatlıq,Maliyyə, Biznesin idarə edilməsi, İqtisadiyyat)

İş təcrübəsi müvafiq sahədə minimum 3 il;

Yüksək səviyyədə MS Office bilikləri;

1C proqramı ilə işləmək bacarığı;

SAP proqramı ilə iş təcrübəsinin olması üstünlükdür;

Vergi qanunverciliyi barədə məlumatlı olmalı;

Məsuliyyət, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;

Detallara dəqiqlik və yaxşı problem həll etmə bacarığı;

Komandada işləmə, ünsiyyət bacarıqlarının olması.

İş qrafiki: 1-5 günlər, saat 09:00-dan 18:00-dək.

Ofisin ünvanı: Nizami küçəsi 10. 

Qeyd edilən tələblərə uyğun gələn namizədlərdən CV-lərini    [email protected]   elektron poçt ünvanına göndərməkləri xahiş olunur. 


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]