Mal Material üzrə Mühasib tələb olunur

İşəgötürən – Can-Pa
Vəzifə öhdəlikləri:
Mal-materiallara dair alış sənədlərinin işlənməsini təmin etmək, mal-materialların qiymət və say göstəricilərinin alqı-satqı müqaviləsinə, təchizatçılara sifariş sənədlərinə uyğun olub-olmamasını yoxlamaq, uyğunsuzluq halları aşkar olunduqda, onların aradan qaldırılmasını tələb və təmin etmək
Mal-materialların alışı, yerdəyişməsi, geri qaytarılması, komplektləşdirilməsi və silinməsi ilə bağlı sənədləşmə işlərinin müvafiq qanunvericilik aktlarına və mühasibat uçotu standartlarına uyğunluğunu yoxlamaq
Mal-material alışı ilə bağlı hesabatların düzgün və vaxtında tərtib və təqdim olunmasını təmin etmək
Müəssisəyə məxsus olan mal-materialların uçotunu aparmaq, mal-materialların faktiki maya dəyərini hesablamaq
Anbara daxil olan malların qəbulu və qeydiyyatının aparılmasını təmin etmək
Anbar mal çıxışına nəzarət etmək və sənədləşdirmək
Anbar sayımı və stok nəzarətini həyata keçirmək
İş şəraiti:
İş qrafiki: 5 günlük iş həftəsi
Əmək haqqı: 600-1000 AZN (müsahibə əsasında təyin olunur)
Yaş həddi:23-35,
Nahar şirkət tərəfindən təmin olunur.
İş yeri: Bakı Şamaxı şossesi 14-cü km., Hökməli dairəsi yaxınlığı. İş yerinə yaxın ərazidə yaşayan namizədlərə üstünlük verilir.
Əlaqə:0512409568.
Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində “Mal-material üzrə mühasib (anbar)” qeyd edərək [email protected] e-ünvanına göndərə bilərlər.
Vakansiyalar
- 1 ay, 2 həftə, 4 saat, 13 dəq
-
1 ay, 3 həftə, 4 gün, 23 saat, 44 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 1 ay, 4 həftə, 2 gün, 7 saat, 42 dəq
- 2 ay, 3 gün, 7 saat, 32 dəq
- 2 ay, 3 gün, 7 saat, 35 dəq