Mal-material mühasibi tələb olunur

İşəgötürən – Daşkəsən Dəmir Filiz MMC
Vəzifə öhdəlikləri:
Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətinin izlənilməsi;
Dövlət portallarından sərbəst şəkildə istifadə etməli (e-gov.az, e-taxes.gov.az və s)
Daxili mühasibatlıq işlərinin görülməsi(hesab fakturalar, elektron qaimələr,daxili hesabatlar,bank köçürmələri və s)
Rəsmi daxil olan pul vəsaitlərinin , mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsinin təmin edilməsi
Satış və anbar əməliyyatlarının daxil edilməsi
Mühasibat sənədlərinin saxlanılıb qorunması, lazım olan vaxtda arxivləşdirilməsi
Rəhbərlik göstərişinə əsasən müəyyən edilmiş digər tapşırıqların icra edilməsi
Namizədə tələblər:
Ali təhsilli;
Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi
Azərbaycan dilini yüksək səviyyədə bilməli (ingilis və rus dili biliyi arzuolunandır)
MS Office və 1C proqramlarında sərbəst işləyə bilməli
Bacarıqlar:
Analitik düşünmə qabiliyyəti;
Komandada işləmək bacarığı;
İşgüzar və hüquqi yazışma bacarığı;
İşin planlaşdırılması bacarığı;
Bilik və bacarıqlarını artırmaq üçün öz üzərində davamlı çalışmaq;
Yaradıcı və təşəbbüskar olmaq;
Digər məlumatlar:
İş yeri: Daşkəsən rayonu, Dəmir filizi sahəsi
5 günlük iş rejimi (bazar ertəsi – cümə)
İş vaxtı: 08:00 – 17:00
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Mal-material mühasibi” qeyd etməklə [email protected] e-mail ünvanına göndərmələri xahiş olunur.
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
- 1 ay, 2 həftə, 2 saat, 39 dəq
-
1 ay, 3 həftə, 4 gün, 22 saat, 10 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 1 ay, 4 həftə, 2 gün, 6 saat, 8 dəq
- 2 ay, 3 gün, 5 saat, 58 dəq
- 2 ay, 3 gün, 6 saat, 1 dəq