Məlumatların Daxil Edilməsi üzrə Administrator axtarılır

İşəgötürən – Sinteks Group of Companies
Sinteks Şirkətlər qrupuna hal hazırda Məlumatların Daxil Edilməsi üzrə Administrator tələb olunur.
Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.
Vəzifənin rolu:
Bu vəzifənin rolu məhsulların sifarişi üzrə məlumatları bazaya daxil etməkdən ibarətdir
Vəzifə öhdəlikləri:
Sifariş edilən məhsullar üzrə məlumatları əldə edir və sistemə daxil edir
İdxal olunacaq məhsullara dair məlumatları əldə edir, sistemə daxil edir və Logistika şöbəsini məlumatlandırır.
Təsdiqlənmiş Qiymət Əmsalını (MarkUp) idxal olunan məhsullara tətbiq edir və təsdiqlənmiş məzənnəyə uyğun satış qiymətini formalaşdırır.
Məlumatlar bazasında məlumatı yeniləyir.
Əsas tələblər:
Təhsil:
Ali təhsil (İqtisadiyyat və ya Maliyyə ixtisaslarına üstünlük verilir).
Təcrübə:
Ən az 1 il iş təcrübəsi.
Operator kimi və ya Məlumatların Daxil Edilməsi sahəsində təcrübəyə üstünlük verilir.
Professional biliklər:
MS Office Programları
Professional bacarıqlar və kompetensiyalar:
Detal və nəticə yönümlü
Analitik bacarıqlar
Komanda işi
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Məlumatların Daxil Edilməsi üzrə Administrator” qeyd edərək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Vakansiyalar
- 1 ay, 2 həftə, 1 gün, 8 saat, 47 dəq
-
1 ay, 3 həftə, 6 gün, 4 saat, 18 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 2 ay, 12 saat, 16 dəq
- 2 ay, 4 gün, 12 saat, 6 dəq
- 2 ay, 4 gün, 12 saat, 9 dəq