Lombard kreditləri üzrə mütəxəssislər tələb olunur

Şirkət: Güvənli MMC
Vakansiya: Lombard kreditləri üzrə mütəxəssis (Gəncə, Quba, Xaçmaz,Lənkəran,Bərdə, Beyləqan,Tərtər)
Son tarix: 19 aprel 2022
İş haqqında məlumat:
-Müştərilərə kredit məhsulları haqqında məlumat vermək;
-Kredit müraciətlərinin qəbulu və analizi;
-Kredit portfelinin idarə olunması,keyfiyyətinə nəzarət və müştərilərlə mütəmadi əlaqə saxlamaq;
-Mütəmadi olaraq aktiv marketinq təbliğatı həyata keçirmək;
-AR Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
-Əmək haqqı: 400-800 manat (artan maaş) + bonus verilir;
-İş qrafiki: 1-5-ci günlər saat 09:00-dan 17:00-dək, şənbə günü: 10:00-dan 16:00-dək
Namizəd üçün tələblər:
-Şəhər: Gəncə, Quba, Xaçmaz,Lənkəran,Bərdə, Beyləqan,Tərtər
-Ali təhsilli olmalı (iqtisadi və riyazi təhsili olanlara üstünlük verilir);
-Riyazi hesablama aparmaq və satış bacarığına mail olmaq qabiliyyəti;
-BOKT və ya Lombard sektorunda iş təcrübəsi olanlara üstünlük veriləcək.
Qeyd olunan tələblərə uyğun namizədlər CV lərini [email protected] electron ünvanına göndərə bilərlər. Qeyd edək ki, yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.
CV göndərən zaman mövzu yerində “Lombard kreditləri üzrə mütəxəssis” və Regionu qeyd etməyiniz xahiş olunur.
Vakansiyalar
- 7 saat, 20 dəq
- 7 saat, 25 dəq
- 7 saat, 28 dəq
- 7 saat, 32 dəq
- 7 saat, 39 dəq