Logistika və İxrac üzrə menecer tələb olunur

Menecer


İşəgötürən: Buta Group
Vakansiya: Logistika və İxrac üzrə menecer
Son tarix: 08 may 2022
Vəzifə öhdəlikləri:
-Beynəlxalq əlaqələrin qurulması və inkişaf etdirilməsi üzrə təkliflərin hazırlanması
-Yerli və Xarici bazarın araşdırılması
-Müqavilə, ivnoys, cmr YGB (yük gömrük bəyənnaməsi), paking list hazırlaya bilən;
-İdxal və ixrac əməliyyat xidmətlər üzrə müraciət edən müştərilərlə ilkin əlaqənin qurulması
-İdxal və İxrac əməliyyatları istiqamətində danışıqlar aparmaq
-Xarici şirkətlərlə əməkdaşlığın qurulmasında iştirak etmək
-İdxal və ixrac əməliyyatları xidmətlər üzrə müqavilələrin hazırlanmasında iştirak etmək
-Mənşə, fito və fumiqasiyaya müraciət etmə və digər gömrük rəsmiləşdirilməsi barədə anlayışı olan;
Namizədə tələblər:
-Ali təhsil (təhsilin maliyyə, gömrük, biznesin idarə olunması və mühasibat sahəsində olması üstünlükdür)
-Riyazi analitik qabiliyyət
-MS Office proqramlarında (xüsusi ilə excell) sərbəst işləmək bacarığı
-Komandada işləmək bacarığı, yaradıcı və innovativ yanaşmalara açıq olan
-Məsuliyyət götürmək, təşəbbüskarlıq, ixtisasını daimi təkmilləşdirən
-Müştərilərlə ünsiyyət qurma və münasibətlərin idarə edilməsi bacarığı
-Xarici dil bilikləri (Rus sərbəst, İngilis yaxşı )
-Logistika ,İdxal və ixrac əməliyyatları təcrübə üstünlük hesab olunur
İş şəraiti:
-İş qrafiki: 6 günlük
-Əmək haqqı: Müsahibə əsasında
-İş yeri: Bakı şəhəri
-Korporativ nömrə ilə təmin edlimə
-Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi [email protected] elektron ünvanına göndərin.

Xahiş olunur CV-nizi göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını “Logistika və İxrac üzrə menecer “ qeyd edəsiniz.

“BUTA Group” şirkəti 10 ildən artıq müddətdir ki, kənd təsərrüfatı sektorunda fəaliyyət göstərir. Şirkət “BUTA Agro” brendi atında istixana kompleksində pomidor sortlarının və açıq sahədə kartof yetişdirilməsi ilə məşğuldur. Bakının Zirə kəndində yerləşən istixana kompleksində “AzTomato” brendi altında həm daxili bazar üçün, həm də ixrac məqsədli müxtəlif növ pomidor sortları yetişdirilir. “İsmayıllı Aqropark” brendi altında isə İsmayıllı rayonunda yerləşən Aqroparkda Qafqaz dağlarında xüsusi qulluq olunmuş, dadlı, seçmə kartof yetişdirilir, daha sonra yuyulmuş, təmizlənmiş, qablaşdırılmış kartof marketdə öz alıcılarına qovuşur.

2020-ci ilin fevral ayından şirkətin gübrələr, toxumlar, bitki mühafizə preparatlarının satışı ilə məşğul olan “AzGübrə” brendi fəaliyyət göstərir. “AzGübrə” aqromarketlər şəbəkəsi Respublikamızın 8 iqtisadi rayounda 60 mağaza ilə fermerlərə üstün xidmət göstərərək keyfiyyətli, sertifikatlı məhsulları təqdim edir.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]