Logistika üzrə menecer axtarılır

-İşəgötürən: “Global Logistics Services LLC”
-Vakansiya: Logistika üzrə menecer
– Maaş : 800-1200 AZN + əlavə bonus
Öhdəliklər:
-Logistik sxemlərin tətbiqi və inkişafı, mövcud logistik sxemlərin optimallaşdırılması
-Nəqliyyat dəyərinin hesablanması və təqdim edilməsi
-Nəqliyyatın planlaşdırılması və sifarişi
-İdxal və İxrac əməliyyatlarına nəzarət
-Təmsil etdiyi şirkətdən alınmış sənədlərin və gömrük məqsədləri üçün zəruri olan məlumatların düzgünlüyünün yoxlanması
-Gömrük orqanlarına sənədlərin və gömrük məqsədləri üçün zəruri olan əlavə məlumatların təqdim edilməsi
-İdxal və İxrac əməliyyatları üçün nəzərdə tutulan fitosanitar, mənşə və digər sertifikat, lisenziya, icazələrin alınması
-Nəqliyyat şirkətləri, brokerlər və gömrük orqanları ilə əməkdaşlıq
-Nəqliyyat və gömrük sənədləri ilə iş; bütün zəruri icazələrin hazırlanması
-Ödənişlərin planlaşdırılması və hesabatın formalaşdırılması
-Bazar qiymətlərinin monitorinqi,güvənli yerli və xarici logistika şirkətlərinin tapılması və risklərin dəyərləndirilməsi
-İş qrafiki: 09:00-dan 18.00-dək
-Əmək haqqı: 800-1200 AZN + əlavə bonus (motivasiya proqramı)
-Nahar: 13:00-dan 14:00-dək
-İş günləri: Bazar ertəsi – Cümə
Namizədə tələblər:
-Təhsil dərəcəsi: Bakalavr
-Logistika istiqaməti üzrə təcrübə
-Təcrübə: Sahə üzrə 1-3 il
-Məsuliyyətlilik
-Ünsiyyət qurmaq bacarığı
-Etibarlılıq
-Detallara fikir vermək qabiliyyəti
-Azərbaycan və İngilis dillərini əla səviyyədə bilmək, Rus dili biliyi üstünlükdür.
-Kompüter proqramları: MS Office (Word, Excel, PowerPoint, Outlook və s.)
Vakansiya üzrə gösdəricilərə cavab verən namizəd, mövzu bölməsində “Logistika üzrə menecer” qeyd etməklə CV–ləri [email protected] email ünvanına göndərə bilərsiniz.
Şirkət haqqında
“Global Logistics Services MMC” çoxşaxəli logistika xidmətləri təklif edən yerli daşınma brendidir.
Vakansiyalar
-
1 gün, 12 saat, 56 dəq
İri Holdinq “İnsan resursları üzrə mütəxəssis” axtarır (Cəbrayıl)
-
1 gün, 13 saat, 10 dəq
Daşınmaz əmlakların araşdırılması üzrə kiçik mütəxəssis axtarılır
- 2 gün, 11 saat, 54 dəq
-
2 gün, 13 saat, 32 dəq
Kapital Bank kredit risklərinin modelləşdirməsi şöbəsinə mütəxəssis, aparıcı, baş mütəxəssis axtarır
- 2 gün, 13 saat, 33 dəq