Logistika mərkəzinə “Satış mütəxəssisi” tələb olunur

Satıcı

abseronlogistika satis


Abşeron Logistika Mərkəzi “Satış mütəxəssisi” vəzifəsi üzrə vakansiya elan edib.
 Ümumi vəzifə öhdəlikləri:

-Korporativ və pərakəndə müştəriləri cəlb etmək, onların ehtiyaclarına uyğun xidmət paketini formalaşdırmaq;

-Korportiv və pərakəndə müştərilərlə işi təşkil etmək, müştəri portfelini formalaşdırmaq və idarə etmək;

-Vaxtaşırı müştərilərə təqdim olunan xidmət paketini yeniləmək və onların ehtiyaclarına mütəmadi olaraq uyğunlaşdırmaq;

-Müştərilərə mərkəzin təqdim etdiyi xidmət performansını izləmək və keyfiyyəti təmin etmək;

-Müştəri loyallığını izləmək və müsbət nəticəni təmin etmək;

Namizədə qarşı tələblər:

-Ali təhsil;

-Müştərilərlə iş sahəsində 2 illik iş təcrübəsi;

-Dil bilikləri: Azərbaycan dilini əla, Rus dilini və İngilis dilini yaxşı səviyyədə bilməli;

-Komputer bilikləri: Word, Excel, Power point, Outlook proqramlarını mükəmməl bilməli;

-Peşəkarlıq tələbləri

-Dəqiqlik və məhsullarla düzgün işləmə bacarığı;

-Müştərini dinləmək və inandırmaq bacarığı;

Təqdimat bacarığı;

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. CV-lərin qəbulu üçün son tarix 30 noyabr 2022-ci il tarixidir.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Satış mütəxəssisi” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]