Login International mühasib axtarır (xanım)

İşəgötürən: Login International
Vakansiya: Mühasib (xanım)
Son tarix: 04 iyun 2023
Əsas iş öhdəlikləri və məsuliyyətlər:
-Mühasibat və vergi uçotu ilə bağlı əməliyyatların icrası;
-Muhasibatlıq-maliyyə üzrə ilkin sənədləşmələrin aparılması;
-Daxili mühasibatlıq işlərinin görülməsi, (hesab fakturalar, elektron qaimələr, daxili hesabatlar, bank köçürmələri və.s)
-Bank hesabları,daxil olan və çıxan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsinin təmin edilməsi
-Ödəniş tapşırıqlarının internet banking vasitəsilə həyata keçirilməsi
-Dövlət portallarından sərbəst istifadə etmə bacaraığının olması (e-gov.az, e-taxes.gov.az və s.)
-Debitor ve kreditorlarla hesablaşmalar uçotunun təşkili;
-Hesabat üçün məlumatları hazırlanması, mühasibat sənədlərinin saxlanılıb qorunması, lazım olan vaxtda arxivləşdirilməsi
-Rüblük və illik, DSMF, ÖMV hesabatlarının hazırlanması və müvafiq dövlət orqanlarına elektron təqdim olunmasında iştirak etməli
-Vergi orqanlarından gələn məktublara nəzarət edilməsi və məktubların cavablandırılması;
-Şəxsi həsab vərəqəsinə mütəmadi nəzarət edilməsi
-Şirkət Rəhbəri və Maliyyə departamentinin müdiri tərəfindən təyin edilmiş digər tapşırıqları yerinə yetirmək
Tələblər:
-Təhsil – Maliyyə, Mühasibat uçotu və audit üzrə ali təhsil ( Magistratura təhsilinin olması üstünlükdür)
-Mühasibatlıq üzrə minimal 3-5 il təcrübənin olması ;
-Azərbaycan və rus dillərini sərbəst istifadəçi səviyyəsində bilməli (İngilis dili biliyi arzuolunandır).
-Microsoft Office proqramlarını yüksək səviyyədə bilməli
-1C ERP və 8.3 yüksək səviyyədə bilməli
-Vergi məcəlləsi, mühasibatlıqla bağlı yerli qanunvericilik üzrə geniş biliklər
-ACCA FA sertifikatı və peşəkar mühasib sertifikatının olması əlavə üstünlükdür.
-Analitik düşüncə və təhlil bacarığı, peşəsinə yüksək motivasiya ilə yanaşma, səbrli, məsuliyyətli və gərgin iş rejimində çalışma qabiliyyəti
Əlavə məlumatlar:
-Əmək haqqı: 1300-1500, artandır
-İş qrafiki: 5 gün, 09:00 – 18:00
-Korporativ nömrə və danışıq balansı
-AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
- 2 gün, 19 saat, 26 dəq
- 2 gün, 19 saat, 28 dəq
- 2 gün, 19 saat, 30 dəq
- 2 gün, 19 saat, 32 dəq
- 2 gün, 19 saat, 34 dəq