Librraff kateqoriya şöbəsinə mütəxəssis axtarır
Vəzifə öhdəlikləri:
Bazarda olan məhsulların çeşid və keyfiyyəti haqqında araşdırmalar aparmaq, məhsulları seçmək və müvafiq şirkətlərlə danışıqlar aparmaq;
Müxtəlif hesabatlar hazırlamaq, sifariş əsasında satılan və satılmayan məhsulları analiz etmək;
Satışları artırmaq üçün marketinq strategiyasına uyğun aparılan işləri dəstəkləmək və təkliflər vermək;
Mağazalarda müştəri tələbatını davamlı araşdımaq;
Dataların vaxtında düzgün şəklində (linklər, mətn, barkodlar, qiymətlər və s.) toplamaq və sistemə vurmaq;
Vaxtaşırı anbarda yerli alışların sənədlərinin və qaimələrinin yoxlanılmasını aparmaq, sənədləri qaydasına salmaq;
Ümumi dataların düzgünlüyünü yoxlamaq, lazımı düzəlişlər etmək;
İş gedişatında bölmə rəhbərinin digər göstərişlərini icra etmək, kateqoriya komandasına dəstək olmaq.
Ümumi tələblər:
Ali təhsil;
Kateqoriya, satınalma və oxşar sahələrdə iş təcrübəsi;
Dəftərxana-ofis ləvazimatları kateqoriyasına məxsus məhsulları yaxşı bilmək və bu sahədə təcrübə üstünlükdür;
Microsoft Office proqramlarının yüksək səviyyədə bilmək (xüsusi ilə Excel proqramını);
Azərbaycan dilində mükəmməl şifahi və yazı bacarığı, digər dil bacarıqları üstünlükdür;
Aktiv, zəhmətkeş, operativ, işə həvəsli olan namizədlərə üstünlük veriləcək.
İş yeri, qrafik və digər şərtlər:
İş vaxtı 09:00 – 18:00
İş günü 5/2
İş yeri: Pullman otel (Badamdar) və müəyyən vaxtlarda mərkəzi anbar (Tblisi prospekti)
Əmək haqqı namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq
Sınaq müddətindən sonra şirkətin məhsullarına endirim tətbiq olunur
Qeyd: müraciət zamanı mövzu başlığında vakansiyanın adını və məktubda minimal gözlənilən əmək haqqını qeyd etmək tövsiyyə olunur. Cv-lərinizi [email protected] adresinə göndərin.
Vakansiyalar
-
2 gün, 16 saat, 38 dəq
The Complexities of Immediate Payment Casinos: A Comprehensive Guide
-
4 gün, 15 saat, 30 dəq
Sign Up Benefits at Online Gambling Establishments: A Comprehensive Overview
- 4 gün, 16 saat, 4 dəq
- 5 gün, 10 saat, 10 dəq
- 6 gün, 5 saat, 24 dəq