Kuryer və Çatdırılma xidmətinə “SMM mütəxəssisi” tələb olunur

Mütəxəssis


İşəgötürən – TEZİBU ( Kuryer və Çatdırılma Xidməti)

Vəzifə -SMM mütəxəssisi

Namizədə Tələblər:

-Azərbaycan, ingilis və rus dilini bilməli;

-Sahə üzrə minimum 3 il təcrübə.

-MS Office proqramlarından istifadə;

-Səlis nitq, ünsiyyət qurma, izahetmə qabiliyyəti;

-Düzgün orfoepiya və orfoqrafiya qaydalarını bilməli

Vəzifə öhdəlikləri:

-Sosial Media hesabları və platformaları (Instagram, Facebook, Youtube) ilə işləmək;

-Günlük və həftəlik kontentin hazırlanması (foto,video,mətn və.s) və sosial mediada paylaşmasını təmin etmək;

-Rəqəmsal marketinq fəaliyyətlərinin icrasını təmin etmək;

-Şəbəkəyə gündəlik gələn şərhlərə, rəylərə, mesajlara və sorğulara cavab vermək;

-Maraqlı məzmun yaratmaq, şirkətin sosial media hesablarını təsdiq edilmiş strategiya və planlara uyğun saxlamaq;

-Nəşrləri yerləşdirmək və təbliğ etmək;

-Müştərilərdən daxil olan müraciətlərin qəbulu (email, çat, sosial şəbəkələr və s.)

-Müştərilərə şirkətin təqdim etdiyi məhsul və xidmətlər,habelə çatdırılma şərtləri barəsində ətraflı məlumat vermək;

-Online sifarişləri qəbul edib, müvafiq şöbəyə yönləndirmək;

-Təqdim edilən bütün online kanallara nəzarət etmək;

-Müştəri tərəfindən daxil olan online şikayətləri qəbul edib və müvafiq instansiyalara yönləndirmək.

-Cəlbedici nəşrlər hazırlamaq (müsabiqələr, sorğular və s.);

-Şərhlərə nəzarət etmək, abunəçilərin suallarını cavablandırmaq.

-Əmək haqqı: 600 – 800 manat (təcrübədən asılı olaraq).

-İş qrafiki: 6 günlük.

-Ofis Xətai metrosu yaxınlığında yerləşir.

Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla birlikdə elektron ünvanına [email protected]  göndərmələri xahiş olunur.

Elanın bitmə tarixi – 01.12.22


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]