Kristal Mutfak mühasib axtarır

Mühasib

muhasib6


İşəgötürən: Kristal Mutfak

Vakansiya: Mühasib

Son tarix: 24 iyul 2022

Vəzifə öhdlikləri:

-Mühasibat, vergi uçotu və DSMF ilə bağlı əməliyyatlar aparmaq;

-Statistika hesabatlarının vaxtında təqdim olunmasını təmin etmək;

-Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etmək;

-Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsini təmin etmək;

-Vergi orqanları ilə yazışmaları aparacaq, E-qaimələrin vaxtında və düzgün təqdim olunmasını təmin etmək;

-Əmək haqqının hesablanmasını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna, İcbari tibbi sığorta fonduna ayırmaları hesablamaq və vaxtında aidiyyatı üzrə ödənilməsini təmin etmək;

-Maliyyə və kassa intizamına ciddi əməl edilməsi, inzibati, təsərrüfat və digər xərclərə, debitor və kreditor borclara nəzarəti təmin etmək;

-Mühasibat sənədlərinin tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada yerinə yetirilməsinə nəzarət etmək;

-Qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərinin və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri, çəkilən xərcləri və vergi ödənişlərini (tutulmalar) təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək;

Namizədə tələblər:

-25-35 yaş arası xanımlar və bəylər;

-Maliyyə, mühasibatlıq və iqtisadi yönümlü sahədə ali təhsil;

-Mühasibatlıq sahəsində ən azı 3 illik iş təcrübəsi

-MS Office, Word, Outlook, BTP, EFP və 1C 8.3  proqramlarından yüksək səviyyədə istifadə bacarıqları;

-İdarəetmə, ünsiyyət, işgüzarlıq və əməkdaşlıq qabiliyyəti;

-Mühasibatlıqla bağlı yerli qanunvericilik və vergi məcəlləsi üzrə biliklər;

-Əmək məcəlləsi və mülki məcəllə üzrə ümumi biliklər;

-Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması üzrə biliklər;

-Rus və İngilis dili biliyi   olması arzuolunandır.

İş yeri:  Bakı şəhəri, Aşıq Molla Cümə 44 B

İş qrafiki: 5 günlük

İş saatı 09:00-18:00

Nahar fasiləsi: 13:00-14:00 

3 ay sınaq müddəti

Sınaq müddəti ərzində əmək haqqı verilmək şərti ilə

Əmək məcəlləsinə uyğun Əmək Müqaviləsi bağlanılır.

CV-nin göndərilməsi üçün e-mail: [email protected]

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]