Kristal Abşeron maliyyə auditi rəhbəri axtarır

Digər


İşəgötürən: Kristal Abşeron

Vakansiya: Maliyyə auditi rəhbəri

Son tarix: 01 iyul 2023

Öhdəliklər:

-Vergi məsələlərinin həllində birbaşa iştirak və vergi hesabatlarının təhlili;

-Büdcə-proqnoz işlərinin təşkili, şirkətin mailiyyə hesabatlılıq sisteminin təhlil və təqibi;

-Aktivlərin sayımında iştirak və təhlil;

-Daxili nəzarət və risklərin idarə edilməsi sistemlərinin təkmilləşdirilməsi üzrə təkliflərin verilməsi;

-Beynəlxalq mühasibat uçotu standartları əsasında məlumatların (hesabatların) əldə edilməsini təmin etmək məqsədi ilə daxili nəzarət sistemlərinə düzəlişlərin edilməsi üçün təkliflərin verilməsi;

-Təsisçinin göstərişinə əsasən plandan kənar auditlərin aparılması, monitorinqlərin həyata keçirilməsi;

-Audit zamanı müəyyən olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üzrə tədbirlər planının icrasının təqib edilməsi, filiallarda (regionlarda) yoxlamaların aparılması.

-Auditin nəticələri barədə rəhbərliyə hesabatın verilməsi və müəssisənin fəaliyyətində dəyişikliklərə dair tövsiyələrin təqdim edilməsi;

-Risk əsaslı yanaşma ilə təminat və məsləhət xidmətlərinin göstərilməsi və nəticələrinin hesabat olaraq təqdim edilməsi;

-Maliyyə hesabatlarına təsir edə biləcək hüquqi məsələlərin nəzərdən keçirilməsi və tövsiyələrin verilməsi;

-Beynəlxalq daxili audit standartlarına uyğun olaraq audit layihələrinin icra olunması;

-Maliyyə hesabatlarının dəqiqliyinin və etibarlığının qiymətləndirilməsi;

-Audit müşahidəsi, tövsiyələr və müəyyən edilmiş tədbirlərin yer aldığı hesabatların tərtib edilməsi;

-İşçilər arasında iş bölgüsünün aparılması.

Tələblər:

-Ali təhsil (iqtisadiyyat və idarəetmə ixtisas qrupu, riyaziyyat və mexanika ixtisasları üzrə ali təhsil);

-Vergi qanunvericiliyi, BMU sistemi ilə yaxindan tanışlıq, beynəlxalq sertifikatları olanlara üstünlük veriləcək;

-MS Office proqramlarını bilməli;

-Müvafiq sahədə rəhbər vəzifədə minimum 5 il iş təcrübəsi; (tikinti sahəsində iş təcrübəsi arzuolunandır)

-Dil bilikləri: Azərbaycan dili, rus dili və ingilis dili əla səviyyədə bilməli;

-Təhlil, analitik düşüncə və yüksək ünsiyyət qurma qabiliyyəti;

İş şəraiti:

-6 günlük iş qrafiki;

-İş yeri: Bakı şəhəri;

-Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.

Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Maliyyə auditi rəhbəri” yazmaqla [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]