Kristal Abşeron maliyyə auditi rəhbəri axtarır

İşəgötürən: Kristal Abşeron
Vakansiya: Maliyyə auditi rəhbəri
Son tarix: 01 iyul 2023
Öhdəliklər:
-Vergi məsələlərinin həllində birbaşa iştirak və vergi hesabatlarının təhlili;
-Büdcə-proqnoz işlərinin təşkili, şirkətin mailiyyə hesabatlılıq sisteminin təhlil və təqibi;
-Aktivlərin sayımında iştirak və təhlil;
-Daxili nəzarət və risklərin idarə edilməsi sistemlərinin təkmilləşdirilməsi üzrə təkliflərin verilməsi;
-Beynəlxalq mühasibat uçotu standartları əsasında məlumatların (hesabatların) əldə edilməsini təmin etmək məqsədi ilə daxili nəzarət sistemlərinə düzəlişlərin edilməsi üçün təkliflərin verilməsi;
-Təsisçinin göstərişinə əsasən plandan kənar auditlərin aparılması, monitorinqlərin həyata keçirilməsi;
-Audit zamanı müəyyən olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üzrə tədbirlər planının icrasının təqib edilməsi, filiallarda (regionlarda) yoxlamaların aparılması.
-Auditin nəticələri barədə rəhbərliyə hesabatın verilməsi və müəssisənin fəaliyyətində dəyişikliklərə dair tövsiyələrin təqdim edilməsi;
-Risk əsaslı yanaşma ilə təminat və məsləhət xidmətlərinin göstərilməsi və nəticələrinin hesabat olaraq təqdim edilməsi;
-Maliyyə hesabatlarına təsir edə biləcək hüquqi məsələlərin nəzərdən keçirilməsi və tövsiyələrin verilməsi;
-Beynəlxalq daxili audit standartlarına uyğun olaraq audit layihələrinin icra olunması;
-Maliyyə hesabatlarının dəqiqliyinin və etibarlığının qiymətləndirilməsi;
-Audit müşahidəsi, tövsiyələr və müəyyən edilmiş tədbirlərin yer aldığı hesabatların tərtib edilməsi;
-İşçilər arasında iş bölgüsünün aparılması.
Tələblər:
-Ali təhsil (iqtisadiyyat və idarəetmə ixtisas qrupu, riyaziyyat və mexanika ixtisasları üzrə ali təhsil);
-Vergi qanunvericiliyi, BMU sistemi ilə yaxindan tanışlıq, beynəlxalq sertifikatları olanlara üstünlük veriləcək;
-MS Office proqramlarını bilməli;
-Müvafiq sahədə rəhbər vəzifədə minimum 5 il iş təcrübəsi; (tikinti sahəsində iş təcrübəsi arzuolunandır)
-Dil bilikləri: Azərbaycan dili, rus dili və ingilis dili əla səviyyədə bilməli;
-Təhlil, analitik düşüncə və yüksək ünsiyyət qurma qabiliyyəti;
İş şəraiti:
-6 günlük iş qrafiki;
-İş yeri: Bakı şəhəri;
-Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Maliyyə auditi rəhbəri” yazmaqla [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
- 2 gün, 18 saat, 23 dəq
- 2 gün, 18 saat, 25 dəq
- 2 gün, 18 saat, 27 dəq
- 2 gün, 18 saat, 29 dəq
- 2 gün, 18 saat, 31 dəq